İkinci dəfə ailə qurmaq üçün efirə çıxan AKTRİSA: “Ərim qardaşımın baldızı ilə xəyanət edib” - VİDEO 

Aktrisa Sonaxanım Əliyeva ikinci dəfə ailə qurmaq üçün “Bizimləsən” ictimai-sosial verilişə üz tutub.  

Bizim.Media xəbər verir ki, aktrisanın yeganə qızı Nərgiz telefon bağlantısı ilə sözügedən verilişin canlı efirinə qoşularaq proqramın aparıcısı Zaur Baxşəliyevdən anasının yenidən ailə qurmasında yardımcı olmasını istəyib.  

“Çox istəyərəm ki, anam xoşbəxt olsun. O xoşbəxt olsa, mən də xoşbəxt olaram. İstərdim ki, o, şəxsi həyatını qursun. Yanında dəstəkçisi, möhkəm dayağı olsun. O zaman o daha da xoşbəxt olar. Hazırda Bakı Slavyan Universitetinin “İbtidai sinif” ixtisası üzrə təhsil alıram”,- deyə Nərgiz bildirib.  

Övladının bu sözlərindən göz yaşlarına qərq olan Sonaxanım fikirlərini bu cür ifadə edib:

“Dəfələrlə olub ki, yaşamaq istəməmişəm. Həyat özü mənim üçün ağır olub. Həyata məni bağlayan yeganə varlığım qızımdır. Qarşımda layiqli bir insan görmək istərdim. Əgər bir insan mənə dəyər verirsə, övladıma məndən daha çox dəyər verməlidir. Yalnız o insanı sevib, həyatıma qəbul edə bilərəm ki, hansı ki qızıma atadan artıq olar”.  

Zaurun “İmkansız bir kişi ilə ailə qurarsan?” sualına 49 yaşlı aktrisanın cavabı belə olub:

“Əgər həyatımda kimsə olacaqsa, mənə arxa, dayaq olmalıdır. Yəni problemlərimlə, əziyyətlərimlə, üz-üzəyəmsə, özüm hər bir şeyi və məsələni həll edirəmsə, əlavə bir yük nəyimə lazımdır?”.  

Daha sonra S.Əliyeva bildirib ki, onun birinci ailəsi xəyanət üstündə dağılıb. Aktrisa “Həyat yoldaşım mənə qardaşımın baldızı ilə xəyanət edib” sözlərini dilə gətirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

Bakıda restoranda yanğın – VİDEO

Bakıda restoranda yanğın – VİDEO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

End of content

No more pages to load

RADİO