XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

5 sentyabr tarixində Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Bizim.Media-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib:

"Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hal-hazırda, müvafiq axtarış tədbirləri həyata keçirilir.

Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Bir daha, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

End of content

No more pages to load

RADİO