İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta məktəbində bir şagirdin bıçaqlı hücumu nəticəsində 3 qız şagird yaralanıb.
Bizim.Media xəbər verir ki, hadisə dərs zamanı qız şagirdlərin təhsil aldığı sinifdə baş verib.
Hücumu törədən şəxsin də şagird olduğu bildirilir. Yaralanan 3 şagird xəstəxanaya aparılıb.
Hadisədən sonra məktəbdəki bütün şagirdlər təhlükəsizlik məqsədilə həyətə çıxarılıb. Məktəb rəhbərliyi valideynlərə təcili mesaj göndərərək övladlarını məktəbdən götürə biləcəklərini bildirib.

Bizim.Media