ABŞ Prezidenti Donald Tramp İranın mümkün hücum zamanı Los-Anceles və San-Diyeqo şəhərlərini “məhv edə biləcəyini” deyib.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Nebraska ştatının Qrend-Aylend şəhərində keçirilən mitinqdə səsləndirib.
Tramp bildirib ki, müharibə fonunda enerji qiymətlərinin artması ABŞ və dünyanın təhlükəsizliyini təmin etmək üçün “kiçik qiymətdir”.
O, İranla müharibənin “çox tezliklə” başa çatacağını və qiymətlərin kəskin şəkildə aşağı düşəcəyini söyləyib.
ABŞ lideri həmçinin Böyük Britaniyadakı RAF Fairford bazasından B-1 bombardmançılarının çıxarılmasına səbəb olan təhdidin İranla əlaqəli olduğunu təsdiqləyib.
O bildirib ki, ABŞ hərbçiləri təhlükənin qarşısını almaq üçün təyyarələri başqa əraziyə köçürüblər.
İran isə daha əvvəl bu hadisə ilə bağlı ittihamları rədd edib.
Bizim.Media