Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 ABŞ dollarına enib.
Bununla belə, kriptovalyuta son 7 gündə 3,02%, son 30 gündə isə 6,97% bahalaşıb.
“Ethereum” 0,46% ucuzlaşaraq 2 701,20 dollara, BNB 1,30% azalaraq 781,40 dollara, “Bitcoin Cash” isə 1,68% geriləyərək 314,47 dollara enib. “Solana”nın qiyməti də 0,24% azalaraq 120,13 dollar təşkil edib.
Bizim.Media