Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirildi - FOTO

Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunub.

Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək, birgə layihələr həyata keçirmək imkanları müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Türk Dövlətləri Aqrobiznes Forumunda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, foruma qatılan kənd təsərrüfatı şirkətləri ikitərəfli görüşlər keçirmək imkanından maksimum yararlanmalıdır:

“Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda aqro-ərzaq sistemimizin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. 

Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni ağıllı kəndlər salınır. Bu ərazilərdə iqlim baxımından ağıllı və icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi əsas prioritetdir. Bunu nəzərə alaraq, bütün iştirakçılar azad olunmuş ərazilərin aqro-ərzaq sistemlərinin inkişafı üçün ən yaxşı texnologiya və təcrübələrin transferində əməkdaşlığa dəvət edilir”.

Qeyd olunub ki, Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla kənd təsərrüfatı sektorunu xarici investorlar üçün daha cəlbedici etməyə çalışır:

“Kənd təsərrüfatına ciddi dövlət dəstəyi mexanizmləri mövcuddur, bu sahənin inkişafı üçün kreditlər ayrılır. Eyni zamanda aqrar məhsul istehsalı prosesi bütün növ vergi ödəmələrindən azaddır. 

Azərbaycan bazarında fəaliyyət göstərən xarici aqrar şirkətlər də eyni üstünlüklərdən istifadə edə bilərlər.

Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri ilə Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Xarici investorların və iş adamlarının bu mühüm logistika layihələrinin üstünlüklərdən yararlanmaq imkanları var”.
Daha sonra Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib. Ar-Ge, aqrar təhsil, texnologiya transferi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanı Forumda 20-dək aqrar şirkətin nümayəndələri təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

End of content

No more pages to load

RADİO