Payızda ət ucuzlaşacaq? - Ekspert YENİ QƏRARI şərh edir

72 adda yem və yem məhsullarının ƏDV-dən azad olunmasından sonra hər kəsdə ətin qiymətinin ucuzlaşacağı ilə bağlı fikir yaranıb. 

Reallıqda vəziyyət necədir, ən azı payız aylarına ət və ət məhsulları ucuzlaşa bilərmi? 

Kənd Təsərrüfatı üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, yem məhsullarının ƏDV-dən azad olunması ətin qiymətinin sabit saxlanması üçün tətbiq olunub:

“Çünki sizin də, bildiyiniz kimi Rusiyadan ölkəyə gətirilən yem məhsullarının qiyməti məlum səbəblərdən dolayı bahalaşıb ki, Azərbaycanda da yem bazarının əsas təminatçısı məhz Rusiyadır. Buna uyğun olaraq  yerli sahibkarlarda ətin qiymətini qaldırmaq zəurəti yaranmışdı. Yerli media orqanları da qısa müddət öncə bunu qabartmaları əhalini xeyli təşvişə saldı və hökümət məsələyə müdaxilə etməyə məcbur oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

“Payızda ət, süd və broyler məhsullarının qiyməti artacaq” – Ekspertdən ŞOK AÇIQLAMA   


Digər bir fakt kimi ekspert xaricdən ölkəyə gətirilən ətin də qiymətinin bahalaşdığını vurğulayaraq, bunun təsiri ilə yerli bazarda ətin qiymətinin qalxmaması üçün yemin ƏDV-dən azad olunmasının zəruri olduğunu vurğulayıb:

“Son zamanlar xarici bazardan ölkəyə gələn ətin qiymətinin artması da, bir növ yerli inhisarçılar üçün qiymət artımını qaçılmaz edirdi. İndi hökumətin yem məhsullarını ƏDV-dən azad etməsi bir növ ətin bazar qiymətini sabit saxlamaq üçün təcili olaraq atılan addımdır və bu özünü daha çox payız aylarından başlayaraq biruzə verəcək”.

Ekspert onu da vurğulayıb ki, ətin qiymətinin təbii şəkildə azalması üçün məhsul bazarında rəqabətin artırılması zəruridir:

“İndiki vəziyyətdə rəqabət qabiliyyəti yüksək olan mühitlərdə məhsulların qiyməti azalmağa doğru gedir. Ət bazarında qiymətlərin aşağı düşməsi üçün təkcə yemin maya dəyərinin aşağı düşməsi kifayət deyil, həm də yüksək rəqabət qabiliyyətli mühit yaratmaq lazımdır. Digər halda isə dolayı yolla ətin qiymətinin aşağı düşməsi hökümətin inhisarçılara təsirindən asılıdır. Yəni bir çox əlavə tədbirlər  planı və ya dəstək paketləri hazırlayaraq buna nail olmaq olar.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

End of content

No more pages to load

RADİO