Azərbaycanda hava yastığı üzərində hərəkət edən yükdaşıyan barjı tikilib - Dünyada İLK - VİDEO

Azərbaycanda hava yastığı üzərində hərəkət edən yükdaşıyan barjı tikilib - Dünyada İLK 
Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən yükdaşıyan barj inşa edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Bildirilir ki, “ACB Argymak” adlı barjın layihə müəllifi və sifarişçisi “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodunda başlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanıb.
Daha sonra layihənin icrası üçün “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group ilə ASCO arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub.

Azərbaycanda ASCO-ya məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb. Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, “Zığ” GTTZ-nin və “Xəzər” MMC-nin insan və texniki resursları da səfərbər edilib.

Barj qısa müddətdə tamamlanıb. Artıq “ACB Argymak”ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın “RINA Services S.p.A.” Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir.

Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada “Kaşaqan” yatağında istismar olunacaq.
Unikal layihənin uzunluğu 56 metr, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə bərabərdir. “ ACB Argymak” 6 nəfərdən ibarət heyətlə idarə olunacaq.

Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir.

Qeyd edək ki, dünyanın ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO