Azərbaycan İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa dəvət etdi

İyunun 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın İrandakı Səfirliyi yayıb.

Mənbə qeyd edir ki, səfir iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. COVID-19 pandemiyası dövründə Azərbaycan sərhədlərin İranla tranzit və ikitərəfli ticarət üçün bağlanmadığını və yükdaşımaların davam etdiyini bildirən Əli Əlizadə 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcminin 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz civarında artdığını bildirib, bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycan və İran Prezidentlərinin Aşqabad görüşünün iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açdığını, İranın yeni höküməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişinin, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələrin bunun əyani təzahürü olduğunu bildirib.

Səfir 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində, Azərbaycanın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunduğunu və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa ediləcək Rəşt-Astara dəmir yolunun tranzit və nəqliyyat əlaqələrinin artmasına verəcyi tövhəni vurğulayan səfir, hazırda Azərbaycan Hökümətinin sərmayəsi ilə Astarada dəmiryolu yük terminalının tikintisinin davam etdiyini bildirib. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb. 

İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi qeyd edib ki, İran ilə Azərbaycan xalqları ortaq tarixi köklərə, mədəniyyətə və adət-ənənəyə malikdirlər. Bu yaxınlıq əməkdaşlıq əlaqələrinin daha ya artırılmasını şərtləndirir.

Hər iki dövlətin prezidentinin siyasi xətti daha yaxın iqtisadi əlaqələr qurmaqdan ibarətdir və rəhbərlik etdiyi Palatanın hər zaman ikitərəfli ticari əməkdaşlığın genişlənməsi üçün səyləri artırmağa, iş adamlarının görüşlərinin təşkilinə və qarşılıqlı sərmayələrin həyata keçirilməsinə hazırdır.

Trend.az-ın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müştərək layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO