Banklarda batan ƏMANƏTLƏR - Pulumuzu kimdən tələb etməliyik?

“Azərbaycanda banklara qoyulan əmanətləri dövlət sığortalamır”

Bu sözləri Bizim.Media-ya açıqlamasında bankçılıq üzrə ekspert Əkrəm Həsənov səsləndirib: 

“Azərbaycanda əmanətlərin dövlət sığortası yoxdur. Azərbaycan banklarına qoyulan əmanətləri “Əmanətlərin Sığortalanması Fondu” sığortalayır ki, bu fond da dövlətə məxsus deyil”.

Ekspertin sözlərinə görə, Fond bir növ banklar üçün sığorta şirkəti rolunu oynayır:
 

MÖVZU İLƏ BAĞLI:

Ləğv edilən banklardan ipoteka krediti götürənlərin aqibəti necə olacaq? – QƏRAR açıqlandı  


“Banklar əmanətin müəyyən faizini məhz bu fonda qoyaraq sığortalayırlar. Əmənətlərin sığortalanması haqqında qanuna görə fondun maliyyələşməsini təmin edən banklardır, amma idarə edən isə dövlət tərəfindən təyin olunan şəxsdir”.

Vətəndaşları ən çox düşündürən məsələ bank bağlandığı təqdirdə əmanətlərini necə geri alacaqlarıdır. Ekspert açıqlamasında bu məqama da aydınlıq gətirib:

“Bank əmanəti əslində inflyasiyaya qarşıdır. Dünyanın hansı pulu olursa olsun,  zamanla dəyərdən düşür. Ona görə də, xaricdə insanlar banka qoyduqları əmanətlərə bir növ dəyər kimi baxırlar.

Azərbaycanda mövcud qaydalara görə əgər əmanət faiz dərəcəsinə görə fond tərəfindən sığortalanırsa, maliyyə vəziyyətindən asılı olmayaraq, bank bağlandığı təqdirdə fond o əmanəti qaytarır.
Nəzəri baxımdan  isə deyə bilərəm ki, fondun pulu olmasa və dövlət də ona borc verməzsə, “Əmanətlərin Sığortalanması Fondu” da müflisləşərək əmanətləri qaytarmaya bilər. Hamı bilməlidir ki, “Əmanətlərin Sığortalanması Fondu” banka qoyulacaq pulların qaytarılmasına 100 faiz təminat vermir. Bir neçə il öncə bir neçə bank bağlandığı zaman əmanətləri qaytarmaq üçün fondun pulu tükənmişdi  və bu zaman dövlət fonda borc verdi”.

Ekspert açıqlamasında banka əmanət yerləşdirərkən milli valyutada sığorta dərəcələrini bilməyin vacibliyini qeyd edib. Çünki müştərilərin əmanətdən daha çox pul qazanmaq arzusu o pulların tamamən itirilməsi ilə də nəticələnə bilər: 

“Milli valyutada əmanət üzrə sığorta dərəcəsi maksimal 12 faiz, xarici valyutada isə 2 faizdir. Əgər əmanət bu faiz üzrə sığortalı deyilsə, bu o deməkdir ki, bank bağlanarsa ən yaxşı halda əmanətçinin pulu tam qayıtmayacaq.

Amma statistikaya nəzər salsaq görərik ki, bağlanan banklar vətəndaşların sığortasız şəkildə yatırdıqları heç bir əmanəti geri qaytarmayıb. Səbəb isə onların uzun müddət borca düşəndən sonra bağlanmalarıdır. Belə halların yaşanmaması üçün bu tip bankları daha tez bağlamaq doğru olardı.

Azərbaycan banklarında əmanətlərin sığortalanması faizi digər ölkələrlə müqayisədə çox yüksəkdir. Ona görə də banklar vətəndaşlara yuxarı faizlə kredit verirlər. Bu proseselər bir-biri ilə sıx bağlıdır. Kredit faizlərinin yüksək olmasna əsas səbəb məhz əmanət faizlərinin yüksək olmasıdır.
Hətta evini sataraq əmanət şəklində banka yatırdan insanlar var ki, yaxşı gəlir götürsünlər. Əgər onlar pulunu banka sığortalamadan yüksək faizlə yatırsalar, bank bağlanacağı təqdirdə pulunun qaytarılacağına heç kim zəmanət verməyəcək və mövcud problemi bankla öz aralarında həll etməli olacaqlar”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO