Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,69% azalaraq 84 122,74 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 0,95%, son 30 gündə isə 5,70% bahalaşıb.
“Ethereum” 3,49% ucuzlaşaraq 2 608,05 dollara, BNB 1,91% azalaraq 766,64 dollara, “Zcash” 1,72% geriləyərək 1 317,63 dollara enib. “Monero” 0,72%, “Bittensor” 3,21%, “Solana” isə 1,65% dəyər itirib.
Bizim.Media