İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü İmam Bağırov rayonun mərkəzi küçələrindən birində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və əməliyyat edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Emin Maarifli İsmayıllı şəhəri ərazisində tutulub.
Araşdırmalarla məlum olub ki, hadisə vaxtı hər iki şəxs sərxoş olub.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma başlanılıb. (Oxu.az)
Bizim.Media