Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

"Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq KONFRANS keçirilir - FOTO


O bildirib ki, Azərbaycan 2020-ci ilin noyabrından etibarən təhlükəsizlik çətinliklərinə və mina təhlükəsinə baxmayaraq axtarışlar həyata keçirib.

“Bunun nəticəsində 2 mindən çox erməni hərbçinin qalıqları Ermənistan tərəfinə təhvil verilib. Bu bizim məsuliyyətli humanitar yanaşmaya və münaqişə zamanı həlak olan bütün şəxslərə ləyaqətlə yanaşmağa sadiqliyimizi göstərir”, – deyə Fariz Rzayev bildirib.

Nazir müavini qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrindən sonra 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb.

“Minlərlə ailə üçün bu qeyri-müəyyənlik illərlə, hətta onilliklərlə davam edib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra insan qalıqlarının aşkar edildiyi bir sıra dəfn yerləri müəyyənləşdirilib. Qalıqlar tədqiq edilib, şəxslərin kimliyi müəyyənləşdirilib və onlar ləyaqətlə dəfn olunublar. Bu nəticələr həmin ailələr üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Bununla belə, itkinlərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil”, – deyə o vurğulayıb.

Fariz Rzayev bildirib ki, mina və partlamamış hərbi sursatlar sahə işlərini təhlükəli etməkdə davam edir. Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində səylər üçün hüquqi əsas yaradır:

“Silahlı münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün mümkün olan tədbirləri görməli, müvafiq məlumatları təqdim etməli və paylaşmalı, həlak olanların axtarışını aparmalı, insan qalıqlarına hörmətlə yanaşmalıdırlar. Ailələrin yaxınlarının taleyini bilmək hüququ xoşməramlılıq əsasında göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavab vermək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır”. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Mövlud Çavuşoğlu Bakıda Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI

Mövlud Çavuşoğlu Bakıda Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI

Hökməli-Qobu yolunda çox sayda dərin çala yaranıb – VİDEO

Hökməli-Qobu yolunda çox sayda dərin çala yaranıb – VİDEO

Ceyhun Bayramov Türkmənistana getdi - MDB-nin iclası keçiriləcək

Ceyhun Bayramov Türkmənistana getdi - MDB-nin iclası keçiriləcək

Altı il öncə bu gün – 7 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 7 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

FHN-dən havaların soyuması ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən havaların soyuması ilə bağlı əhaliyə MÜRACİƏT

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

End of content

No more pages to load

RADİO