Ermənistan və Hindistan "Pinaka Mk-II" raketlərinin Ermənistanda istehsalı və yığılmasının təşkili imkanlarını müzakirə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “IDRW” portalı məlumat yayıb.
“Əgər danışıqlar razılaşma ilə nəticələnsə, bu, Hindistan və Ermənistan arasında müdafiə-sənaye əlaqələrinin inkişafına ciddi təkan verə və İrəvana artan artilleriya imkanları üçün daha sabit sursat təchizatını təmin etməyə kömək edə bilər” - nəşr qeyd edib.
Qeyd edilib ki, Ermənistan əvvəllər "Pinaka" raketlərinin bir neçə variantını əldə edib, lakin yerli istehsal üçün məhz hansı variantın əsas götürüləcəyi hələlik dəqiq məlum deyil.
Məlumat üçün bildirək ki, "Pinaka Mk-II" Hindistan istehsalı olan “Pinaka” yaylım ateşli reaktiv sisteminin təkmilləşdirilmiş versiyasıdır.
Bizim.Media