Kütləvi məzarlıqlar açıq yara kimi qalır.
Bizim.Media xəbər verir ki, bunu bunu ICMP-nin baş direktoru Katrin Bomberger İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib.
MÖVZU İLƏ BAĞLI: Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq KONFRANS keçirilir - FOTO
O itkin şəxslər məsələsinin müzakirəsi üçün mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib:
“ ICMP üçün bu müzakirə xüsusi əhəmiyyət daşıyır. Çünki itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələrə və cəmiyyətə etibarlı və dəqiq məlumat vermək deməkdir. Lakin bu, eyni zamanda hüquqların bərpası – ədalət, hesabatlılıq, həqiqəti bilmək və kompensasiya hüquqlarının təmin olunmasıdır.
Bu, sülh və təhlükəsizliyə investisiyadır. İnsanların itkin düşməsi ilə bağlı məsələlər həll edilmədikdə, bunun nəticələri zaman keçdikcə yox olmur.
Cavabsız suallar ailələrin və icmaların yaddaşında nəsillər boyu qala bilər. Cavabsız suallar həmçinin cəmiyyətlərin hökumətlərə olan etimadını və inamını sarsıdır. Cəmiyyətlər itkin şəxslərin taleyini müəyyənləşdirmək üçün lazımi institutlara və imkanlara malik olduqda, münaqişə, fəlakət və böhranların nəticələri ilə mübarizə aparmağa daha yaxşı hazır olurlar”. (Apa.az)
Bizim.Media