"Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq KONFRANS keçirilir - FOTO
DTX rəisi bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri axtarışlar üçün yeni imkanlar yaradıb:
“Ümumilikdə 11576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. 1 oktyabra qədər 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir".
Bizim.Media