Futbol üzrə Azərbaycan Kubokunun 2026/27 mövsümünə bu gün start veriləcək.
Bizim.Media xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək.
"Şəki" "Qaradağ Lökbatan"ın (saat 14:30 - Lökbatan Olimpiya İdman Kompleksinin stadionu), "Ağstafa Gəncləri" "Şəmkir"in (saat 14:30 - Şirvan Olimpiya İdman Kompleksinin stadionu) qonağı olacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.
Bizim.Media