Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizmi olmasa da, Mülki Məcəllə və sığorta hüququ çərçivəsində borcun ləğv edildiyi və ya silindiyi xüsusi hallar mövcuddur.

Sığorta olduqda

Kredit götürülərkən həyat sığortası müqaviləsi bağlanıbsa, borcalan vəfat etdikdə və ya I qrup əlillik qazandıqda qalan borc məbləğini sığorta şirkəti ödəyir. Bu halda borc öhdəliyi vətəndaşın və ya onun ailəsinin üzərindən götürülür.

Borcalan vəfat etdikdə (Sığorta olmadıqda)

Əgər sığorta yoxdursa, borc öhdəliyi varislərə keçir. Varislər borcu yalnız miras qaldıqları əmlakın dəyəri həddində ödəməlidirlər. Əgər vəfat edən şəxsin heç bir əmlakı yoxdursa və ya varislər mirasdan rəsmən imtina ediblərsə, bankın borcu tələb edəcəyi şəxs qalmadığı üçün borc ümidsiz hesab olunur və silinir.

Bankın öz hüququ ilə bağışlaması

Mülki Məcəlləyə əsasən, kreditor (bank) borclunu borcdan azad edə bilər. Lakin bu, dövlətin məcburiyyəti ilə deyil, yalnız bankın daxili qərarı və iradəsi ilə baş verir. Praktikada banklar bəzən uzun müddət ödənilməyən borclar üzrə əsas məbləğ ödənildikdə hesablanmış faizləri və ya cərimələri (dəbbə pulunu) bağışlayırlar.

Dövlətin xüsusi qərarları ilə

Şəhid ailələri, müharibə əlilləri və ya xüsusi sosial kateqoriyaya aid şəxslər üçün dövlət başçısının Fərmanı və ya xüsusi sosial proqramlar çərçivəsində kredit borcları dövlət büdcəsi, yaxud bankların sosial fondu hesabına ödənilərək bağlanıla bilər.

3 illik iddia müddəti keçdikdə

Mülki Məcəlləyə görə, müqavilə öhdəlikləri üzrə ümumi iddia müddəti 3 ildir. Əgər vətəndaş borcu ödəmir və bank 3 il ərzində məhkəməyə müraciət etmirsə, bank məhkəmə yolu ilə borcu tələb etmək hüququnu itirə bilər. Lakin bu halda da borc avtomatik ləğv olunmur; bankın daxili sistemində və Mərkəzi Bankın Kredit Reyestrində mənfi tarixçə kimi qalır.

Ümidsiz borc kimi balansdan çıxarıldıqda

İllərlə yığılıb qalan və təmin olunması mümkün olmayan borcları banklar daxili mühasibatlıq qaydalarına uyğun olaraq “ümidsiz borc” kimi təsnifləşdirib balansdan çıxara bilərlər. Bu, bankın daxili maliyyə əməliyyatıdır və vətəndaşın borcdan hüquqi olaraq tamamilə azad olunması demək deyil.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

Bakıda restoranda yanğın – VİDEO

Bakıda restoranda yanğın – VİDEO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var - VİDEO

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var - VİDEO

End of content

No more pages to load

RADİO