Bakıda Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

26 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu və aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib.

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan Dialoq süni intellekt və rəqəmsal infrastruktur, enerji infrastrukturu, həmçinin strateji nəqliyyat və logistika dəhlizləri üzrə investisiya imkanlarının müzakirəsinə həsr olunub.

Dialoqda Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznes qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Dialoqun “Süni intellekt və rəqəmsal infrastruktur” mövzusunda ilk panel sessiyasına “BlackRock”un baş direktoru, maliyyə və strateji investorlar qrupunun qlobal rəhbəri Çarlz Hatami moderatorluq edib. Sessiyada Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Temasek Global Investments” şirkətinin prezidenti və Avropa, Yaxın Şərq və Afrika regionu (EMEA) üzrə rəhbəri Nagi Hamiyeh, eləcə də “Coravel, ACS” şirkətinin baş icraçı direktoru Hovard Bovil çıxış ediblər.

Müzakirələr zamanı süni intellekt texnologiyalarının tətbiqi, məlumatların emalı və saxlanması imkanlarının genişləndirilməsi, rəqəmsal bağlantının gücləndirilməsi və rəqəmsallaşma prosesləri, eləcə də bu sahələr üzrə investisiya imkanları nəzərdən keçirilib. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafında dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
 

“Enerji infrastrukturu” mövzusunda ikinci panel sessiyasına “Global Infrastructure Partners”in (“GIP”) tərəfdaşı və kapitalın cəlb edilməsi qrupunun qlobal rəhbəri Erik Varvel moderatorluq edib. Paneldə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Vision Invest” şirkətinin prezidenti və baş icraçı direktoru Ömər N. Əl-Midani, həmçinin “Skyborn Renewables” şirkətinin baş icraçı direktoru Patrik Lammers çıxış ediblər. Panel çərçivəsində enerji infrastrukturunun inkişafı, bu sahədə dəyişən investisiya prioritetləri, enerji təhlükəsizliyi və bərpa olunan enerjinin artan rolu müzakirə olunub.


Eyni zamanda, enerji layihələrinə institusional investisiyaların cəlb edilməsi imkanları, eləcə də dayanıqlı və etibarlı enerji infrastrukturunun inkişafında dövlət və özəl sektorun birgə iştirakının genişləndirilməsi perspektivləri müzakirə olunub.

Dialoq “Strateji nəqliyyat və logistika dəhlizləri” mövzusunda panel sessiyası ilə yekunlaşıb. “GIP” şirkətinin baş direktoru və aparat rəhbəri Mustafa Riffatın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “NEQSOL Holding”in baş icraçı direktoru Kirill Rubinski, “Eldridge Industries” şirkətinin sədri və baş icraçı direktoru Todd Boehli və Qatvik hava limanının maliyyə direktoru Cim Batler çıxış ediblər.

Sonuncu paneldə nəqliyyat və logistika infrastrukturuna investisiyaların genişləndirilməsi, regional bağlantıların gücləndirilməsi və strateji nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycanın regional bazarları birləşdirən nəqliyyat marşrutlarında rolu və ölkənin bu istiqamətdə təqdim etdiyi imkanlar da müzakirələrin əsas mövzuları sırasında olub.
 

Dialoq çərçivəsində keçirilən üç panel sessiyası müasir iqtisadiyyatın əsasını təşkil edən infrastrukturun inkişafında uzunmüddətli institusional kapitalın və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini ön plana çıxarıb.


Azərbaycanın dövlət rəsmiləri ilə beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznesin rəhbər nümayəndələrini bir araya gətirən tədbir investisiya prioritetləri, bazardakı yeni tendensiyalar və infrastrukturun inkişaf perspektivləri üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Aparılan müzakirələr Azərbaycanın infrastruktur sahəsində prioritetlərini qlobal investisiya prosesləri ilə əlaqəli şəkildə nəzərdən keçirməyə, eyni zamanda ölkənin regional bağlantıların və nəqliyyat əlaqələrinin gücləndirilməsində rolunu diqqətə çatdırmağa imkan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

"Xankəndi" komandasında YENİ baş məşqçi

"Xankəndi" komandasında YENİ baş məşqçi

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

End of content

No more pages to load

RADİO