Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Sənəddə turizmə investisiyaların təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi və hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması nəzərdə tutulur.

Bu sərəncam Azərbaycan turizminə hansı faydaları verəcək?

Bizim.Media xəbər verir ki, bu barədə “Globalinfo.az”a turizm eksperti Ceyhun Aşurov danışıb. O deyib ki, sənəddə 2030-cu ilə qədər əcnəbi turistlərin sayının təxminən 4 milyona çatdırılması proqnozlaşdırılır:

“Əlbəttə, bu rəqəmə çatmaq üçün atılacaq addımlar da proqramda geniş şəkildə əks olunub. Burada çarter reyslərinin subsidiyalaşdırılması, regionlardakı hava limanlarından səmərəli istifadə, vizaların sadələşdirilməsi, hədəf bazarlardan gələn turistlər üçün vizaların aradan qaldırılması, birbaşa uçuşların sayının artırılması, rekreasiya zonalarında turizmin təşviqi, sahibkarlığın dəstəklənməsi, yeni otellərin tikintisinin təşviqi, xaricdən turist gətirən turizm şirkətlərinə əlavə stimulların verilməsi kimi bir sıra tədbirlər nəzərdə tutulur. 

Bütün bunlar həyata keçirilərsə, təbii ki, turizmdə ciddi dəyişiklikləri görə bilərik. Bu, kifayət qədər ciddi bir sənəddir və orada göstərilən rəqəmlər elə də əlçatmaz deyil. Rəqəmlər kifayət qədər real hesablanıb və biz inanırıq ki, həmin göstəricilərə çatmaq mümkündür”.

C.Aşurovun fikrincə, əgər bütün tədbirlər düzgün şəkildə tətbiq olunarsa, bunun effektini gələn ildən hiss edə bilərik:

“Çünki ilk növbədə uçuşların və hava nəqliyyatının səmərəli şəkildə təşkil olunması, qiymətlərin optimallaşdırılması və ölkəyə gəlməyi asanlaşdıran digər addımların atılması gözlənilir. Bütün bunlarla yanaşı, düzgün tətbiq olunduğu və hər hansı gözlənilməz hadisə baş vermədiyi halda, növbəti ildən ölkəmizə gələn əcnəbi turistlərin sayının, onların xərclərinin, turizmdən əldə olunan gəlirlərin və məşğulluğun artması kifayət qədər real görünür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan İLK – Bu dəfə “Ozon”un logistika mərkəzini vurdular – VİDEO

Ukraynadan İLK – Bu dəfə “Ozon”un logistika mərkəzini vurdular – VİDEO

Azərbaycana iki xoş xəbər birdən – Pensiya və maaşlar artır?

Azərbaycana iki xoş xəbər birdən – Pensiya və maaşlar artır?

22 avqustun ulduz falı — Bu vərdişinizdən qurtulmağın vaxtı çatıb, yoxsa...

22 avqustun ulduz falı — Bu vərdişinizdən qurtulmağın vaxtı çatıb, yoxsa...

Pivə kişilərdə qadın hormonlarını artırır? – Məşhur miflə bağlı həkim DANIŞDI

Pivə kişilərdə qadın hormonlarını artırır? – Məşhur miflə bağlı həkim DANIŞDI

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Zaqatalada DƏHŞƏTLİ HADİSƏ: avtomobil yandı, sürücü yanaraq öldü

Zaqatalada DƏHŞƏTLİ HADİSƏ: avtomobil yandı, sürücü yanaraq öldü

Nurani Qasımova vəfat etdi

Nurani Qasımova vəfat etdi

Ata və oğul uçurumdan yıxıldı, ana da özünü atdı– Video

Ata və oğul uçurumdan yıxıldı, ana da özünü atdı– Video

Gənclər səhiyyəyə təhsildən daha çox pul xərcləyir – ARAŞDIRMA

Gənclər səhiyyəyə təhsildən daha çox pul xərcləyir – ARAŞDIRMA

Qırmızı, yoxsa ağ soğan daha faydalıdır? — Diyetoloqlar cavab verdi

Qırmızı, yoxsa ağ soğan daha faydalıdır? — Diyetoloqlar cavab verdi

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

“TikTok” üçün video çəkmək istəyən azyaşlını “TOK” VURDU

“TikTok” üçün video çəkmək istəyən azyaşlını “TOK” VURDU

Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar

Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Tramp: “Hörmüz ABŞ ərazisidir” – VİDEO

Tramp: “Hörmüz ABŞ ərazisidir” – VİDEO

BİZİM TƏQVİM:22 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:22 avqustda baş vermiş tarixi hadisələr

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

End of content

No more pages to load

RADİO