Ağstafada “TikTok” sosial şəbəkəsi üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, azyaşlı qatarın üzərinə çıxaraq video çəkmək istəyib. Bu zaman elektrik naqillərinə toxunub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan azyaşlı xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu