Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər

Bakıda yeni binaların sayı artsa da, mənzil qiymətləri ucuzlaşmaq əvəzinə sürətlə bahalaşır. Bir neçə il əvvəl 60-70 min manata almaq mümkün olan mənzillərin qiyməti hazırda 150-180 min manata çatıb. Bu vəziyyət xüsusilə gəliri aşağı olan, uzun müddət kirayədə yaşayan və mənzil almaq üçün kifayət qədər vəsaiti olmayan vətəndaşları çətin vəziyyətdə qoyur.

Bəs mənzillər niyə bu qədər bahalaşır? Qiymət artımının əsas səbəbi nədir və mənzil bazarında qiymətləri aşağı salmaq mümkündürmü?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan əmlak eksperti Elnur Azadov deyib ki, bahalaşma 2021-ci ildən etibarən daha qabarıq şəkildə özünü göstərməyə başladı ki, bunun da bir neçə səbəbi var:
 

“İlk növbədə, ölkədə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı tikinti işlərinin başlanması müəyyən tikinti materiallarına tələbatı artırdı. Ən ciddi bahalaşma armaturda müşahidə olundu. Bir tonu əvvəl 700-750 manat olan armaturun qiyməti sonradan 1200-1250 manata qədər yüksəldi.


Təbii ki, tikinti materiallarının bahalaşması tikinti şirkətlərinin də mənzil qiymətlərini artırmasına təsir göstərdi. Digər tərəfdən, 2018-2019-cu illərdən başlayaraq tikinti şirkətlərinə verilən icazələrin həcminin məhdudlaşdırılması bazarda rəqabətin azalmasına gətirib çıxardı. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar miqrasiya prosesləri, həmin ölkələrdən Azərbaycana insanların, o cümlədən həmvətənlərimizin qayıtması da mənzil bazarında tələbatı artıran amillərdən biri oldu”.

E.Azadovun sözlərinə görə, ən ciddi qiymət artımları 2022-2023-cü illərdə baş verib:

“Əgər 2016-cı illə 2026-cı ili müqayisə etsək, yeni başlayan tikintilərin həcmi təxminən 8-10 dəfə azalıb. Yəni bir tərəfdən təklif azalır, digər tərəfdən tələbat artır. Rəqabətin zəifləməsi də tikinti şirkətlərinə qiymətləri daha rahat şəkildə artırmaq imkanı verir.

Nəticədə şirkətlərin bazara çıxardığı mənzillərin sayı azalır, mövcud mənzillər isə bəzən real bazar qiymətindən 15-20 faiz daha baha təklif olunur. Bu tendensiya ipotekaya olan tələbatın artması ilə də müşayiət olunur.
 

İpoteka götürənlərin hamısı yalnız mənzilə ehtiyacı olan şəxslər deyil. Onların arasında bunu investisiya vasitəsi kimi qiymətləndirənlər də var. Mənzil qiymətlərində orta illik artım 11-12 faizdən aşağı olmayıb. Bəzi dövrlərdə, xüsusilə 2022-2023-cü illərdə bu artım 17-18 faizə qədər yüksəlib.


Halbuki ipoteka kreditləri üzrə illik faiz dərəcəsi güzəştli kateqoriyalar üçün 4 faiz, digər şəxslər üçün isə 8 faizdir”.

Elnur Azadov qeyd edib ki, bütün bu amillərə həmin dövrdə yüksək inflyasiyanı da əlavə etmək lazımdır:

“Yəni iqtisadi proseslər, tikinti materiallarının bahalaşması, şəhərsalma və tikinti sektorundakı dəyişikliklər, təklifin azalması və tələbatın artması birlikdə mənzil qiymətlərinin davamlı yüksəlməsinə səbəb olub. Bu baxımdan, tikinti şirkətləri yenidən böyük həcmdə tikinti işlərinə başlayaraq bazara daha çox mənzil çıxarmayana və təklif-tələbat balansı bərpa olunmayana qədər qiymət artımının davam etməsi ehtimalı yüksəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO