Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Torpaq bazarında qiymət artımı daşınmaz əmlak sektorunda diqqətçəkən tendensiyalardan birinə çevrilib. İyul ayında torpaq qiymətləri aylıq müqayisədə 4 faiz artıb, 2025-ci ilin dekabrı ilə müqayisədə isə artım 22,8 faiz təşkil edib. Torpağın median qiyməti 16 371,5 manat/sot olub.

Bu artım torpaq sahələrinə olan tələbin yüksək qalması, əlverişli və sənədləri qaydasında olan sahələrin məhdud olması, infrastrukturun inkişaf etdiyi ərazilərə marağın artması və tikinti fəaliyyətinin genişlənməsi fonunda baş verir. Torpağın məhdud resurs olması da uzunmüddətli perspektivdə qiymətlərin yüksəlməsi üçün əsas amillərdən biri hesab olunur.

Bəs torpaq sahələrinin bahalaşması qarşıdakı dövrdə də davam edə bilərmi? Bu tendensiya mənzil qiymətlərinə necə təsir göstərəcək və torpaq alaraq fərdi ev tikmək istəyən vətəndaşların xərclərini nə qədər artıra bilər?

Bizim.Media xəbər verir ki, AQC sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, torpaq sahələrinin dəyərinin digər daşınmaz əmlak növlərinə nisbətən daha dinamik şəkildə artmasının əsas səbəbi torpağın əsas daşınmaz əmlak növü olmasıdır.

Onun sözlərinə görə, digər əmlak növləri torpağın üzərində yerləşir:

“Tikinti məhz torpağın üzərində həyata keçirilir və bu da istər-istəməz torpağa olan tələbin daha da artmasına gətirib çıxarır. Hər hansı qiymət artımı birdən-birə baş vermir, təsadüf nəticəsində olmur. Torpağın qiymətindəki artım ilk növbədə əhalinin sayının günbəgün artması ilə əlaqədardır. Daha çox tələb olduğuna görə, istər tikinti baxımından, istərsə də əhalinin yeni təsərrüfatlara bölünməsi zərurəti baxımından torpağa tələbat artır. Yeni ailələr qurulur, təsərrüfatlar ayrılır və s. Ona görə də təbii ki, torpağa olan tələb yüksəlir. Bu da torpağın qiymətinin artmasına səbəb olur.
 

Torpaq sahələri eyni zamanda uzunmüddətli investisiya üçün çox cəlbedici görünür. Çünki sərbəst kapital torpaq sahəsinə yatırılırsa, bu, digər daşınmaz əmlak növləri ilə müqayisədə daha uzunmüddətli perspektiv üçün cəlbedicidir. Əgər diqqət etsəniz, görərsiniz ki, təkcə Bakının mərkəzində deyil, eyni zamanda ucqar yerlərdə də torpaq sahələrinin qiyməti əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb.


Elə yerlər var ki, torpaq sahəsinin qiyməti təqribən 100 faiz, yəni 2 dəfə artıb. Elə yerlər də vardır ki, 150 faiz, yəni 2,5 dəfə qiymət artımı baş verib. Ona görə də bu proses davam edəcək. Ümumiyyətlə, nəinki torpaq sahələrinin, bütün daşınmaz əmlakın qiymətinə təsir göstərən bir sıra amillər var.

Birinci amil urbanizasiyadır. Yəni regionlardan şəhərlərə axın daşınmaz əmlakın qiymətinə təsir göstərir. İkinci amil inflyasiyadır.

İnflyasiya da daşınmaz əmlakın qiymətinin formalaşmasına təsir edir. Üçüncü amil manatın alıcılıq qabiliyyətindəki dəyişiklikdir. Manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər də daşınmaz əmlak bazarına təsir göstərir.

Dördüncü amil isə investisiya cəlbediciliyidir. Hazırda daşınmaz əmlak Azərbaycanda əsas investisiya istiqamətlərindən biri kimi prioritet təşkil edir. Alternativlərin məhdud olması səbəbindən hazırda daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə daha çox yatırım edilir.

Bundan əlavə, əhali sayının və potensial istifadəçilərin sayının artması da qiymətlərə təsir göstərir.

Tikinti normativlərinin mürəkkəbləşdirilməsi də daşınmaz əmlakın qiymətinə təsir edən amillərdəndir. Tikinti xərclərinin artması, o cümlədən torpaq sahəsi və tikinti materialları ilə bağlı xərclərin yüksəlməsi, işçi qüvvəsinin əməkhaqlarının artması — bütün bunlar qiymətə təsir göstərir.
 

4 faizə gəlincə isə, biz ilk aylarda proqnoz vermişdik ki, il ərzində torpağın qiyməti təqribən 20 faizdən çox artacaq. Son məlumatlar da onu təsdiq edir ki, torpaq ən çox bahalaşan daşınmaz əmlak növü olacaq.


İkinci sırada kotlovan, yəni təməl mərhələsində olan tikililər gəlir. Üçüncü sırada yeni tikililər, dördüncü sırada obyektlər, beşinci sırada fərdi yaşayış evləri, son sırada isə köhnə binalardakı mənzillər gəlir.

Bu proses mənzil bazarına və vətəndaşların ev tikintisi imkanlarına necə təsir göstərəcək? Təbii ki, qiymətlər bahalaşacaq. Çünki torpaq tikinti xərcləri içərisində xüsusi yer tutur və bu da qiymətlərin artmasına təsir göstərəcək.

Bizim proqnozlarımızda da bunu açıqlamışıq”, - deyə Vüqar Oruc fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO