2026-cı ilin yanvar-iyul aylarında neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 33,6 faiz artaraq 3 milyard 708,6 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, məhsul istehsalı sahələrində əsas kapitala yönəldilən investisiyaların həcmi real ifadədə 17,3 faiz artaraq 6 milyard 6,6 milyon manata çatıb.
Xidmət sahələrinə yatırılan investisiyalar real ifadədə 4 faiz artaraq 3 milyard 521 milyon manat olub.
Yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi isə real ifadədə 3,4 faiz artaraq 1 milyard 584,3 milyon manat təşkil edib.
Bizim.Media