Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin qiymətində artım müşahidə olunduğu bildirilir. Xüsusilə son bir ay ərzində qiymət artımının daha qabarıq hiss olunduğu, bahalaşmanın əsasən sümüksüz dana və çəkisi az olan quzu ətində qeydə alındığı vurğulanır. Hazırda alıcılara çəkisi az olan quzu ətinin kiloqramı 25-26 manata təklif olunur.
Bəs son bir ay ərzində dana və quzu ətinin qiymətində artımın əsas səbəbi nədir?Xüsusilə sümüksüz dana və çəkisi az olan quzu ətinin bahalaşmasını hansı amillərlə izah etmək olar?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “musavat.com”a danışıb.
İqtisadçının sözlərinə görə ət bazarında qiymət artımının əsas səbəbləri arasında həm saxlanılan heyvanların sayının azalması, həm də qiymətlərin yüksəlməsinə baxmayaraq, ətə olan tələbatın artması xüsusi yer tutur:

"Son 10 ilin statistikasına nəzər saldıqda görürük ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20 faizlik azalma var. İri buynuzlu heyvanların sayında da azalma müşahidə olunur. Burada təxminən 5-6 faizlik azalmadan söhbət gedir. Bu isə əhalinin ətə olan tələbatının 25 faizə qədər artdığı bir dövrdə baş verir. Yəni, kəsilən ətin statistikasına baxdıqda görürük ki, son 10 ildə 25 faizlik artım qeydə alınıb.

Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olunmamasının da öz səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlamağın bahalı prosesə çevrilməsi ev təsərrüfatlarının bu sahədəki rolunu azaldıb. İntensiv təsərrüfatlarda isə heyvan saxlamaq xərcləri daha yüksəkdir. Bütün bunlar nəticə etibarilə ətin bahalaşmasının davam etməsinə gətirib çıxarır".

İqtisadçının sözlərinə görə, ət qiymətlərinin kəskin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal olub:

"Lakin idxal edilən ölkələrdə də ətin qiymətinin artması ucuz idxal imkanlarını məhdudlaşdırır. Bu da ət bazarında yeni qiymət tarazlığının formalaşmasına səbəb olur. Əvvəllər ət bazarında Ukraynadan gətirilən ucuz ətlər mühüm rol oynayırdısa, indi Ukrayna-Rusiya müharibəsi də son illərdə ət bazarında qiymət artımının əsas faktorlarından birinə çevrilib. Həm Rusiyada, həm də Ukraynada ətin qiymətləri bahalaşıb, eyni zamanda logistika xərcləri də əvvəlki səviyyədə deyil.

Bütün bu faktorlar – həm ucuz idxalın olmaması, idxalın bahalaşması, həm yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması, həm də tələbatın yüksəlməsi – ət qiymətlərinin artmasına səbəb olur. Bu isə qiymət artımının yaxın gələcəkdə də davam edəcəyinə dair proqnozların formalaşmasına gətirib çıxarır".

Xalid Kərimli ətin bahalaşmasının müəyyən müsbət tərəfinin də olduğunu hesab edir. Onun sözlərinə görə, qiymət artımı heyvandarlıq sahəsini sahibkarlar üçün daha cəlbedici edə bilər:

"Qiymətlərin artması və fəaliyyətin rentabelli olması sahibkarların getdikcə bu sahəyə daha çox maraq göstərməsinə səbəb ola bilər".

Ekspert quzu ətinin baha olmasının səbəblərinə də toxunub. Ekspert bunu ilk növbədə yüksək tələbatla əlaqələndirib:

"Quzu ətinin baha olmasının əsas səbəbi isə ona olan tələbatın yüksək olmasıdır. İnsanlar quzu ətinə üstünlük verirlər, çünki yumşaq ətdir. Tələbat yüksək olduğu üçün fermer də heyvanı daha baha qiymətə satmağa çalışır. Fermer düşünür ki, heyvanı saxlayıb böyüdüb kökəltməkdənsə, mövcud qiymətə daha baha qiymət təklif olunursa, onu indidən satmaq daha sərfəlidir. Yəni itirilmiş faydanı, gələcək faydanı, quzunun böyüməsindən əldə ediləcək faydanı qiymətdə kompensasiya edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO