Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil haqqının ödənilməsi minlərlə tələbə üçün hələ də əsas problemlərdən biri olaraq qalır. Təkcə 2025-ci il ərzində təhsil haqqının ödənilməməsi və digər səbəblərdən 8 min tələbə ali təhsil müəssisələrindən uzaqlaşdırılıb. Bu da son dörd ildə iki qat artım deməkdir. Maraqlıdır ki, Təhsil Tələbə Kredit Fondundan (TTKF) Bizim.Media-nın sorğusuna verilən cavaba əsasən, fondun fəaliyyətə başladığı 2021-ci ildən indiyədək 33 mindən çox tələbəyə kredit ayrılıb.

Bir tərəfdən kreditlərindən yararlananların, digər tərəfdən isə maliyyə səbəbindən universitetdən uzaqlaşdırılanların sayı artır. Yaranan bu ziddiyət ortaya suallar çıxarır:

Mövcud mexanizm bütün ehtiyacı olan tələbələri əhatə edirmi, yoxsa artımın arxasında başqa səbəblər dayanır?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Əmrah Həsənlinin fikrincə,  təhsil kreditinin mövcudluğu bu problemin tam həll olunduğu mənasına gəlmir.

“Təhsil üçün kredit fondu vacib mexanizmdir, lakin bütün tələbələrin ondan yararlanması mümkün olmur. Bəzi tələbələr müəyyən meyarlara uyğun gəlmir, bəziləri müraciət prosedurunu bilmir, bir qismi isə ümumiyyətlə borca girmək istəmir. Xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün təhsil haqqını ödəmək çətin olduğu halda, əlavə maliyyə öhdəliyi götürmək psixoloji maneə yarada bilir. Elə tələbələr də var ki, maliyyə çətinliyi ilə üzləşdikdə kredit imkanından xəbərdar olsalar belə, müraciət prosesinə vaxtında başlaya bilmirlər”.

Problemin həlli üçün universitet, Təhsil Tələbə Kredit Fondu və tələbə arasında daha çevik mexanizm qurulmalıdır

Ə.Həsənli bildirir ki, tələbə təhsil haqqını vaxtında ödəyə bilmədikdə dərhal universitetdən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşməməli, ona kredit, möhlət, hissə-hissə ödəniş və digər alternativlər barədə məlumat verilməlidir:

“Təhsil kreditlərinin əhatə dairəsi genişləndirilməli, müraciət prosesi daha da sadələşdirilməlidir. Məqsəd yalnız kredit alan tələbələrin sayını artırmaq deyil, maddi səbəbdən heç bir tələbənin ali təhsilini yarımçıq qoymamasını təmin etmək olmalıdır. Çünki təhsil haqqını müəyyən müddətdə ödəyə bilməmək tələbənin illərlə davam edən təhsilinin və gələcək karyera imkanlarının itirilməsi ilə nəticələnə bilər”.

Ötən il ümumilikdə 12 969 tələbə təhsil müəssisəsindən xaric olunub
 

Qeyd edək ki, "AzEdu.az"-ın.məlumatına əsasən, ötən il təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə təhsil müəssisəsindən xaric edilməsi səbəbindən ümumilikdə 12 969 tələbə xaric olunub. Onlardan 6 122-si bakalavriat, 1 897-si magistratura, 2 624-ü tam orta ixtisas bazası, 2 326-sı isə ümumi orta ixtisas bazası üzrə olub.


Hesabata əsasən, akademik borca görə 938 tələbə təhsil müəssisəsindən xaric edilib. Onlardan 684-ü bakalavriat, 36-sı magistratura, 73-ü tam orta ixtisas bazası, 145-i isə ümumi orta ixtisas bazası üzrə qeydə alınıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO