Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?

Son günlər bazarlarda və marketlərdə limonun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Hazırda bəzi satış məntəqələrində limonun bir kiloqramı 6-7 manata təklif edilir, iri market şəbəkələrinin bəzilərində isə qiymət bundan da yüksəkdir.

Bizim.Media xəbər verir ki, iqtisadçı Asif İbrahimov “azxeber.com”a açıqlamasında deyib ki, limonun 6-7 manata satılması, təkcə mövsümi amillərlə bağlı məsələ deyil:

"Limonun 6-7 manata satılması, təkcə mövsümi amillərlə bağlı məsələ deyil. Burada logistika, idxal və digər əlavə xərclər də nəzərə alınmalıdır. Ölkədə limona olan tələbat tam şəkildə daxili istehsal hesabına ödənilmir. Buna görə də idxala ehtiyac yaranır. İdxal zamanı isə əlavə problemlər meydana çıxır.
 

Məsələn, idxalçı gömrük bəyannaməsində məhsulu 60 sentə aldığını göstərsə belə, bəzi hallarda gömrükdə onun dəyəri şərti olaraq 1 manat 10 sent kimi müəyyən edilir. Yəni məhsulun gömrük dəyəri faktiki alış qiymətindən fərqli hesablanır. Nəticədə idxal xərcləri artır və bu da son satış qiymətinə təsir göstərir.


Dövlət Gömrük Komitəsində məhsulların gömrük dəyərini müəyyən edən mexanizm mövcuddur. Halbuki bazarda qiymətləri inzibati qaydada deyil, tələb və təklif müəyyən etməlidir.  Bu gün limonun qiymətinin 6-7 manata çatması göstərir ki, inflyasiyanın bir hissəsini özümüz yaradırıq”.

O qeyd edib ki, digər əsas problem isə Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı modelindədir:

"Digər əsas problem isə Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı modelidir. İllərdir aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayrılır, subsidiyalar verilir, güzəştli kreditlər təqdim olunur. Buna baxmayaraq, bazarda ən sadə kənd təsərrüfatı məhsullarından biri olan limonun qiyməti 6-7 manata yüksəlirsə, bu artıq təkcə bazarın deyil, mövcud aqrar modelin də problemi kimi qiymətləndirilməlidir.
 

Son müşavirədə də ölkə başçısı kənd təsərrüfatı sahəsində müəyyən nöqsanlara dolayı yolla toxundu. Verilən mesaj ondan ibarət idi ki, bu qədər dövlət vəsaiti ayrıldığı halda aqrar siyasətin icrasında ciddi problemlər mövcuddur. Məncə, bu sahədə KPI (əsas fəaliyyət göstəriciləri) sistemi tətbiq edilməlidir. Ümumiyyətlə, dövlət idarəçiliyinin bütün sahələrində fəaliyyət nəticələri ölçülməli, üzərinə düşən vəzifəni yerinə yetirməyən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Necə ki, əməkhaqqı, mükafat və bonus sistemi mövcuddur, eyni qaydada məsuliyyət və cəza mexanizmi də işləməlidir.


Ölkə başçısı İlham Əliyevin irəli sürdüyü ideyalar, konsepsiyalar və həyata keçirilən siyasət müasir dünya təcrübəsinə uyğun istiqamətlərdir. Tapşırıqlar da ümumilikdə düzgündür. Lakin əsas problem icra mərhələsində ortaya çıxır.

Əgər bazar hansısa məhsul üzrə tamamilə idxaldan asılı vəziyyətə düşürsə, logistika problemləri, valyuta məzənnəsindəki dəyişikliklər və xarici bazarlardakı qiymət artımı birbaşa Azərbaycan istehlakçısının cibinə təsir edəcək”.

"Digər tərəfdən, topdansatış və pərakəndə satış qiymətləri arasında böyük fərqin yaranması tədarük zəncirində rəqabətin zəif olduğunu göstərir.  Əgər kənd təsərrüfatına ayrılan dövlət dəstəyi bazarda qiymət sabitliyi yaratmırsa, istehlakçı ən sadə məhsulu belə yüksək qiymətə almağa məcbur qalırsa, subsidiyaların və aqrar siyasətin səmərəliliyi yenidən

qiymətləndirilməlidir. Yəni limonun qiymətinin bahalaşması təkcə bir məhsulun bahalaşması demək deyil. Bu, daxili istehsalın rəqabət qabiliyyəti, ərzaq təhlükəsizliyi, idxaldan asılılıq və aqrar siyasətin effektivliyini göstərən mühüm iqtisadi indikatorlardan biridir”,-deyə iqtisadçı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO