“İnsanlar yenidən nağd pula üstünlük verəcəklər”

Xəbər verdiyimiz kimi, Azərbaycanda kartdan-karta edilən ödənişlərdə məhdudiyyətlər tətbiq edilib.

Belə ki, yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı və aylıq 20 min manatadək mədaxil limiti müəyyənləşdirilib. Bununla yanaşı, yaxın qohumlar arasında köçürmələr, eləcə də risk profilinə uyğun əsaslandırılmış əməliyyatlar və zəruri sənədlər təqdim edildiyi hallarda bu məhdudiyyətlər tətbiq olunmayacaq.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “apa.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada məqsəd əgər vergidən yayınmanın qarşısını almaqdırsa, əvvəlcə insanların niyə vergidən yayınmağa çalışdığı araşdırılmalıdır.

“Belə məhdudiyyətlərlə hansı məqsədə çatmağın hədəfləndiyini bu qərarı qəbul edənlər aydın izah edə bilmirlər.

Qərarın nəyə görə verildiyini onların tərəfindən aydın şəkildə izah etmək mümkün deyil. Əgər məqsəd vergidən yayınmanın qarşısını almaqdırsa, ilk sual belə yaranır: insanlar niyə vergidən yayınmağa çalışırlar? Yəni vergilər yüksəkdir? Vergiləri aşağı salmaq lazımdır? Bəlkə də bu məsələni başqa təşviq mexanizmləri ilə həll etmək mümkün idi”, - o qeyd edib.

Ekspertin fikrincə, kartdan-karta köçürmələrin məhdudlaşdırılması vətəndaşların yenidən nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər:

“Əgər kartdan-karta pul köçürmək problemə çevriləcəksə, insanlar yenidən nağd pula üstünlük verəcəklər. Son illərə, xüsusilə də pandemiyadan sonra Azərbaycanda vətəndaşların banklara və bank kartlarına inamı artmışdı. Demək olar ki, böyük əksəriyyət nağd puldan imtina etmişdi.
 

İndi bu əks effekt doğuracaq. Kartdan-karta pul köçürmək və bu üsulla ödəniş etmək mümkün olmayanda, nağd alış-veriş daha çox önəm qazanacaq və insanlar bank kartlarındakı vəsaitlərini daha çox nağdlaşdıracaqlar.


Yəni bu qərarda məqsəd vergidən yayınmanın qarşısını almaq idisə, təəssüf ki, bu qərar vergidən yayınmağın qarşısını almayacaq. Hətta əksinə, nağd pul dövriyyəsi artdıqca vergidən yayınma hallarının da artması ehtimalı yaranacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO