Sığorta şirkətlərinin zərərlilik əmsalı 63 faizə çatdı - Növbəti addım nə olacaq?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə 2026-cı ilin ilk yarımilində Azərbaycanda sığorta şirkətləri üzrə ümumi sığorta haqları 867,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur. Eyni zamanda sığorta ödənişləri 432,2 milyon manatdan 549,7 milyon manata yüksələrək 27,2% artıb.

Bazarın əsas hissəsini təşkil edən könüllü sığorta üzrə yığımlar 622,4 milyon manatdan 717,7 milyon manata yüksələrək 15,3% artıb. Könüllü sığorta ödənişləri isə 29,2% artaraq 470 milyon manata çatıb. Könüllü həyat sığortası üzrə haqlar 14,4% artaraq 482,6 milyon manat, ödənişlər isə 33,2% artaraq 400,6 milyon manat olub. Bu sahədə ən böyük payı həyatın yaşam sığortası qoruyub saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI


Qeyri-həyat könüllü sığortasında haqlar 17,2% artaraq 235,1 milyon manata yüksəlib.

Əmlak sığortası üzrə yığımlar 30,3% artaraq 139,4 milyon manat olub. Bu istiqamətdə əmlakın yanğından və digər risklərdən sığortası üzrə haqlar 49,9%, su nəqliyyatı vasitələrinin sığortası isə 13,5 dəfə artıb. Tibbi sığorta üzrə haqlar isə 1,2% azalaraq 87,3 milyon manata düşüb.

İcbari sığorta bazarında isə əks tendensiya qeydə alınıb. 

Bu seqment üzrə sığorta haqları illik müqayisədə 23,1% azalaraq 149,7 milyon manata enib. Buna baxmayaraq, sığorta ödənişləri 16,6% artaraq 79,7 milyon manat təşkil edib. İcbari sığortada ən böyük növ olan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqlar 8% azalaraq 91,5 milyon manata düşsə də, ödənişlər 18,1% artaraq 75,9 milyon manata yüksəlib. Daşınmaz əmlakın icbari sığortası üzrə haqlar isə 2,4 dəfə artaraq 56,6 milyon manata çatıb.

Hesabat dövründə sığorta bazarında zərərlilik əmsalı da yüksəlib.

Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında bu göstərici 63,4% təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 52,9%-lə müqayisədə 10,5 faiz bəndi çoxdur. Könüllü sığortada zərərlilik əmsalı 58,5%-dən 65,5%-ə yüksəlib, o cümlədən həyat sığortasında 71,3%-dən 83,0%-ə çatıb.

Qeyri-həyat könüllü sığortasında isə əmsal 31,5%-dən 29,5%-ə enib. İcbari sığortada zərərlilik əmsalı 35,1%-dən 53,2%-yə yüksəlib. Bu seqmentdə avto-icbari sığortasında zərərlilik 76,2%-dən 82,9%-ə artsa da, daşınmaz əmlakın icbari sığortasında 5,6%-dən 9,3%-ə yüksəlib.

Könüllü tibbi sığortada zərərlilik 48,1%-dən 52,8%-ə, həyatın yaşam sığortasında isə 74,3%-dən 87,2%-ə çatıb. Əvəzində əmlak sığortasında zərərlilik əmsalı 18,9%-dən 16,3%-ə geriləyib.

Zərərlilik əmsalı sığorta şirkətlərinin topladıqları sığorta haqlarının nə qədərini müştərilərə ödəniş kimi geri qaytardıqlarını göstərən göstəricidir. Məsələn, zərərlilik əmsalı 63% olduqda bu o deməkdir ki, şirkətlər topladıqları hər 100 manat sığorta haqqının təxminən 63 manatını sığorta hadisələri üzrə müştərilərə ödəyiblər.

Əmsal yüksəldikcə, şirkətlərin ödəniş yükü də artır. Təbii birbaşa bu da mənfəətliliyi risk altına alır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, 63 faizlik göstərici əslində yaxşıdır ki, sığorta şirkətləri vaxtlı-vaxtında sığortaçıya ödənişlərini edir:

“Bu da insanların sığorta şirkətlərinə inamının göstəricisidir. 
 

Baxmayaraq ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin eyni dövründə sığorta haqları 6 faiz artıb. Amma ödənişlərin 63 faizə qədər artması sığorta şirkətlərinin maliyyə dayanıqlılığına mənfi təsir edə bilər. Bunun qarşısına almaq üçün növbəti 6 ay ərzində sığorta şirkətləri sığorta haqlarının yığımını artırmalıdırlar ki, fərqi nisbətən aşağı sala bilsinlər. Bu da digər sığorta növlərinin yığımının təşiqinə gətirib çıxarır.


Əslində yay tətili olduğu üçün səyahət sığortalarına maraq artıb.Bundan əlavə, ölkəmizə gətiriləcək yeni nəsil avtomobillərin icbari və kasko sığortası üzrə ödəmələr də şirkətlərin maliyyə dayanıqlılığını artıracaq. Eyni zamanda işsizlikdən sığorta növünün tətbiqinə də hazırlıq gedir. Bu sığorta xidmətinin tətbiqi sığorta haqlarının artmasına imkan yaradacaq. Və ümumilikdə bütün sığorta xidmətləri barədə təbliğatın güclənməsi şirkətlərin gəlirlərinin artmasına şərait yarada bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO