Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?

Müasir dövrdə hələ də minlərlə insan əmək müqaviləsi bağlanmadan, qeyri-rəsmi şəkildə çalışır. Belə hallarda işçi əməkhaqqının ödənilməməsi, əsassız işdən çıxarılma, məzuniyyət və digər əmək hüquqları ilə bağlı problemlərlə qarşılaşdıqda hüquqlarını necə müdafiə edəcəyini bilmir.

Əmək müqaviləsi olmadan işləyən şəxs öz əmək münasibətlərini necə sübut edə və hüquqlarını necə qoruya bilər?

Bizim.Media xəbər verir ki, hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, müasir dövrdə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi qanunun tələbidir:

“Buna baxmayaraq, bəzi işəgötürənlər işçiləri əmək müqaviləsi bağlamadan, qeyri-rəsmi şəkildə işlədirlər. Bu isə işçilərin əməkhaqqı, məzuniyyət, sosial sığorta, iş stajı və digər əmək hüquqlarının pozulmasına səbəb olur. Əmək müqaviləsi bağlanmasa belə, şəxs faktiki olaraq işlədiyini müxtəlif sübutlarla təsdiq edə bilər. Belə sübutlara şahid ifadələri, bank köçürmələri, yazışmalar (WhatsApp, e-mail və s.), iş qrafikləri, video və foto materiallar, giriş-çıxış qeydləri, işə dair sənədlər və digər faktiki məlumatlar aid edilə bilər. Məhkəmə bu sübutları qiymətləndirərək tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu müəyyən edə bilər”.
 

Elnur Məmmədov vurğulayıb ki, işçi hüquqlarının pozulduğunu hesab etdikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə, habelə məhkəmədə əmək münasibətlərinin müəyyən edilməsi, ödənilməmiş əməkhaqqının, istifadə edilməmiş məzuniyyət haqqının və digər qanuni ödənişlərin tutulmasını tələb edə bilər:


“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsinə görə işəgötürən inzibati məsuliyyət daşıyır.

Bundan əlavə, əmək müqaviləsi bağlamadan işçilərin işlədilməsi nəticəsində vergidən və məcburi dövlət sosial sığorta ödənişlərindən yayınma halları olduqda, qanunvericiliyə uyğun olaraq daha ağır, o cümlədən cinayət məsuliyyəti də yarana bilər.

Qeyd olunanlardan da göründüyü kimi, əmək müqaviləsi olmadan işləyən şəxs hüquqsuz hesab edilmir.

Faktiki əmək münasibətlərini sübut edə bildiyi halda, qanunla nəzərdə tutulmuş bütün əmək hüquqlarının bərpasını və pozulmuş hüquqlarının müdafiəsini tələb etmək imkanına malikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO