Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Kremlə yaxın ideoloq Aleksandr Duqin bildirib ki, Moskvanın Patriarşıye Prudı rayonunda vaxt keçirən və adi həyat tərzini davam etdirən sakinlər də sonda səfərbər edilərək cəbhəyə göndərilməlidirlər.

Duqinin fikrincə, davam edən münaqişə şəraitində “qayğısız həyat” görüntüsünü qorumaq yolverilməzdir. O, çıxışında Patriarşıye Prudıda istirahət edənləri “arxa cəbhə qarışqaları” ilə müqayisə edib.
 

Bioloqların təcrübələrinə istinad edən Duqin bildirib ki, belə “qarışqalar” əsas resurs tükəndikdən sonra fəaliyyətə qoşulur və bunu gələcəkdə əhalinin daha geniş səfərbər edilə biləcəyi ilə əlaqələndirib.


Xatırladaq ki, yayılan xəbərlərə görə yaxın günlərdə Rusiyada kütləvi səfərbərlik həyata keçiriləcək və ən azı 500.000 nəfər ön cəbhəyə göndəriləcək. Yayılan xəbərlər, verilən bəyanatlar Rusiyada sosial gərginlik yaradır. Nahaqdan ölməmək üçün insanlar qonşu ölkələrə üz tuturlar.

Nəzərə alaq ki, Azərbaycan Rusiya ilə yaxın qonşu olmaqla yanaşı, həm də sosial-iqtisadi sabitliyə malik bir ölkədir. Ona görə də Rusiyada başlayacaq kütləvi səfərbərlik təkcə ölkəmizə miqrant axınına səbəb olmayacaq, həm də daşınmaz əmlak bazarındakı qiymətlərə böyük ölçüdə təsir edəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, bu məsələ daşınmaz əmlak bazarındakı qiymətlərə çox ciddi təsir edəcək:

“Nəzərə alaq ki, bu gün daşınmaz əmlak bazarında qiymətlərin düşməməsinin bir səbəbi də Rusiya-Ukrayna və İrandakı gərginlikdir. Artıq 4 ildir ki, daşınmaz əmlak bazarında qiymətlər bir qayda olaraq yüksəlir. Bu faktor ən azından qiymətlərin enməsinə imkan vermir və həm Şimal, həm də Cənub qonşumuzda vəziyyət gərginləşən kimi həm kirayə mənzil, həm də mənzillərin alqı-satqı qiymətləri artır.Təsadüfi deyil ki, son illərdə ölkəmizdə daşınmaz əmlak alan Rusiya vətəndaşlarının sayı xeyli artıb.
 

Təbii ki, son günlər Rusiyada kütləvi səfərbərliklə bağlı səslənən fikirlər qonşu ölkələrlə yanaşı Azərbaycanın daşınmaz əmlak bazarına öz təsirini göstərməkdədir. Yaxın günlərdə bu ilk növbədə kirayə mənzil bazarında özünü büruzə verəcək. Daha sonra isə mənzillərin qiymətinə təsir göstərəcək.


Bilirsiniz ki, Azəraycana mənzil almağa gələnlər bir müddət kirayədə qalır. Daha sonra əlverişli mənzil tapıb, alaraq ora köçür. Buna görə də Rusiyada yeni səfərbərlik xəbərləri ilk növbədə kirayə mənzil bazarına təsir edəcək. Sonradan isə daşınmaz əmlakın qiymətində artım qeydə alınacaq. Normalda hər ay daşınmaz əmlakın qiyməti 2-3 faiz bahalaşırsa, yaxın zamanda qiymət artımı 2 rəqəmlə ifadə oluna bilər”,

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO