Bu il iyulun 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 60 milyard 940.4 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,41% çoxdur.
Həmin dövrə bankların cəmi öhdəlikləri 53 milyard 294.8 milyon manat, balans kapitalı 7 milyard 645.6 milyon manat olub.
Təkcə iyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3.3%, balans kapitalı isə 1% artıb.
Bizim.Media