Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycan Mərkəzi Bankı ilə investisiyaların sığortalanması mexanizmi hazırlanır.

Bizim.Media "Report"a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, əmanətlərin sığortalanması sistemi qarşısında yeni çağırışlar mövcuddur:

"Həmin çağırışlardan irəli gələrək yeni sığorta istiqamətlərinin yaradılması nəzərdən keçirilir. Hazırda Mərkəzi Bankla birlikdə investisiyaların sığortalanması mexanizmi üzərində iş aparılır. Eyni zamanda, layihə mərhələsində olan digər təşəbbüslər də var və onların detalları vaxtı çatdıqda ictimaiyyətə açıqlanacaq".

A. Əmirov bildirib ki, Fondun maliyyə sabitliyinə töhfəsinə gəldikdə isə, onun mövcudluğu özü-özlüyündə maliyyə sabitliyi üçün mühüm təminatdır:

"Əmanətçilər bilirlər ki, sığorta hadisəsi baş verdikdə – yəni bank müflis elan olunduqda, moratorium tətbiq edildikdə və bu, məhkəmə qərarı ilə təsdiqləndikdə – qorunan əmanətlər üzrə onlara qanunvericilikdə nəzərdə tutulmuş həddə qədər kompensasiya ödəniləcək. Bu əminlik vətəndaşların bank sisteminə və ümumilikdə ölkənin maliyyə sabitliyinə inamını gücləndirir.

Hesab edirik ki, Azərbaycanda tətbiq olunan kompensasiya hədləri orta statistik göstəricilər baxımından bir çox Avropa ölkələrinin səviyyəsinə yaxındır. Keçmiş postsovet məkanının əksər ölkələri ilə müqayisədə isə daha yüksək təminat hədləri mövcuddur. Bu da banklarda vəsaitlərini saxlamaq istəyən şəxslər üçün əlavə təminat yaradır.

Təbii ki, maliyyə sabitliyi yalnız əmanətlərin sığortalanması ilə məhdudlaşmır. İnsanların bank sisteminə inamına təsir edən digər mühüm amillər də var. Bununla belə, hazırkı vəziyyətdə bank sisteminə etimadın kifayət qədər yüksək səviyyədə olduğunu hesab edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

End of content

No more pages to load

RADİO