"Bir" və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan "Bir", Çinin aparıcı ödəniş sistemi “UnionPay”in beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində “UnionPay” kart sahibləri ölkədə daha geniş ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.

Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa çatıb. Artıq “UnionPay” kart sahibləri Bir ekosisteminə daxil olan "Birbank"ın 1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.
 

Layihənin növbəti mərhələsində “UnionPay” kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək. Bununla da “UnionPay” kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də “UnionPay” kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər.


Layihənin tam icrasından sonra Bir ekosistemi “UnionPay” kartlarının bütün əsas akvayrinq kanalları – bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu infrastrukturlarından birinə sahib olacaq.

Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət göstərə biləcəklər.

"Bir"in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: “Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. “UnionPay”lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".

Tərəfdaşlığın beynəlxalq əhəmiyyətini vurğulayan “UnionPay International”ın baş icraçı direktoru Van Lisin (Wang Lixin) isə bildirib: 

“Azərbaycan bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər iki tərəf üçün dəyər yaradacağına inanırıq”.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.

Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

End of content

No more pages to load

RADİO