Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətlərində əsasən artım müşahidə olunub.
Bizim.Media xəbər verir ki, COMEX birjasında avqust müqavilələri üzrə qızılın bir unsiyasının qiyməti 3,80 ABŞ dolları və ya 0,09% azalaraq 4 015 dollara enib.
Spot bazarda qızılın bir unsiyası isə 7,58 dollar və ya 0,19% ucuzlaşaraq 4 009,81 dollar təşkil edib.
COMEX-də sentyabr müqavilələri üzrə gümüşün bir unsiyası 0,60 dollar və ya 1,06% artaraq 56,93 dollara çatıb.
Bizim.Media