Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Hörmüz boğazı ya hamı üçün açıq olmalıdır ya da hamı üçün bağlı qalmalıdır. Bu bəyanatla çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) bildirib ki, İran boğazdan neft nəql edə bilməsə heç bir ölkəyə neft daşımağa imkan verməyəcək.

Bizim.Media xəbər verir ki, bununla da İran neft idxalından asılı olan dövlətlərə, xüsusilə də Avropaya təzyiq edir ki, onlar da öz növbəsində ABŞ-yə təsir edib hərbi əməliyyatların dayandırılmasına nail olsunlar.

Bütün bu proseslər fonunda isə dünya bazarında neft qiymətləri yüksələn xəttlə artmaqda davam edir. Bu gün London birjasında dünya etalonu olan “Brent” markalı neftin 1 barelinin qiyməti 84,58 dollar, “Light” neftinin qiyməti isə 79,38, dollardır. Ötən həftə 1 bareli 55 dollara satılan Rusiyanın “Urals” markalı neftinin 1 barelinin qiyməti 66,29 dollara kimi yüksəlib. Azərbaycanın “Azeri Light” markalı nefti isə daha baha - 86,83 dollara satılır.
 

Müxtəlif mütəxəssislərin rəylərinin analizi onu deməyə əsas verir ki, neft qiymətləri hələ uzun zaman sabitləşməyəcək. Məsələni qəlizləşdirən daha bir məqam da ondan ibarətdir ki, İİİKK Yəməndəki husilərin köməyi ilə Bab əl Mendab körfəzini də bağlamaq istəyir. Bu körfəz Qırmızı dənizin açıq okeana çıxışını təmin edir. Bu körfəz bağlansa ümumilikdə Yaxın Şərq ölkələri dəniz blokadasına düşəcək.


İranın “Press TV” kanalının məlumatına görə, əgər Səudiyyə Ərəbistanı Yəmənə hərbi hücumlarını dayandırmasa onda husilər Bab əl Mendab körfəzindək keçən bütün gəmiləri raket atəşinə tutacaq.

“Reuters” agentliyi yazır ki, hazırda Səudiyyə Ərəbistanının bəzi tankerləri Qırmızı dənizdən keçirməklə dünya bazarına xam neft çıxarır. Lakin Bab əl Mendab bağlansa onda dünya bazarında neftin qiyməti 200 dollara kimi arta bilər.

Hələlik isə dünya bazarında gərginlik yaşanır və bunun səbəbi Körfəzdəki hərbi vəziyyətlə əlaqədar olaraq bazarın təchizatının dayanmasıdır. Ötən ay neft idxalçıları qiymətlərin aşağı düşəcəyini gözlədikləri halda tam başqa bir neqativ mənzərə meydana çıxdı və bu proseslərin nə vaxt başa çatacağı isə məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

End of content

No more pages to load

RADİO