"Washington Examiner" qəzetinin yazdığına görə, Amerika və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə Amerikanın blokadasının yenidən tətbiqi arasında keçən 26 gün ərzində Tehran xarici alıcılara 6 milyard dollardan çox dəyərdə neft məhsulu çatdırıb.
Bizim.Media xəbər verir ki, İran iyunun 18-də ilk blokadanın götürüldüyü vaxtdan onun iyulun 13-də yenidən tətbiqinə qədər olan müddətdə 80 milyon bareldən çox xam neft və neft məhsulları göndərib.
Bununla belə, Tehran təxminən 30 milyon barel xam nefti göndərə bilməyib.
Bizim.Media