Deputat: “Marketlər məhsulu bazara çıxarmaq üçün sahibkarlardan ödəniş tələb edir”

“Yerli istehsalçıların iri ticarət şəbəkələrinə çıxışında sistemli maneələr mövcuddur. Son dövrlərdə yerli sahibkarlar tərəfindən səsləndirilən narahatlıqlar göstərir ki, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur. Məlumatlara görə, bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev parlamentin bugünkü iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, problem təkcə ödənişin mövcudluğunda deyil:

"Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır. Məhdud dövriyyə vəsaiti ilə fəaliyyət göstərən yerli istehsalçı üçün bu, bazara çıxışın faktiki olaraq məhdudlaşdırılması deməkdir.

Eyni vəziyyət iri xarici istehsalçılar və idxalçılar üçün xarakterik deyil. Onlar böyük istehsal həcmlərinə, güclü maliyyə imkanlarına, inkişaf etmiş logistika sisteminə və iri marketinq büdcələrinə malik olduqları üçün bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan əlavə, iri istehsal miqyası və daha aşağı maya dəyəri onlara məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir. Beləliklə, yerli istehsalçı ikiqat təzyiq altında qalır".

Onun sözlərinə görə, daha ciddi narahatlıq doğuran məqam isə iri ticarət şəbəkələrinin istehlak bazarına çıxışının faktiki nəzarətçilərinə çevrilirməsidir:

"Sahibkar məhsulunun satışı üçün deyil, sadəcə rəfdə yer almaq hüququ üçün ödəniş edir. Bu isə bazar iqtisadiyyatının mahiyyətinə uyğun deyil və normal rəqabəti təhrif edir.
 

Bu praktikanın uzun müddət davam etməsi ticarət şəbəkələrində yerli məhsulların payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, yerli istehsalçıların idxal məhsulları tərəfindən bazardan sıxışdırılıb çıxarılmasına, milli brendlərin rəqabət qabiliyyətinin zəifləməsinə, istehsala investisiyaların azalmasına, yeni iş yerlərinin yaradılmasının məhdudlaşmasına, vergi daxilolmalarının azalmasına və nəticə etibarilə ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.


Bu səbəbdən hesab edirəm ki, məsələ yalnız kommersiya münasibətləri çərçivəsində deyil, həm də dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından qiymətləndirilməlidir".

Millət vəkili bununla bağlı bir sıra təkliflər də səsləndirib:

"Təklif edirəm ki, iri ticarət şəbəkələrindən təchizatçıların şəbəkəyə qəbul şərtləri barədə ətraflı məlumat tələb olunsun, listinq, marketinq və digər ödənişlərin həcmi araşdırılsın, onların yerli istehsalçılara təsiri ayrıca qiymətləndirilsin.

Eyni zamanda məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydalar müəyyən edilməli, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanları nəzərdən keçirilməli, onların pərakəndə ticarətə çıxışını asanlaşdıran dəstək mexanizmləri hazırlanmalıdır.

Həmçinin bu ödənişlərin antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməsi və idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsirinin təhlili də vacibdir.

Mən yerli istehsalçı üçün xüsusi imtiyazların yaradılmasını təklif etmirəm. Söhbət yalnız ədalətli rəqabət mühitinin təmin edilməsindən gedir. Azərbaycan istehsalçısı öz alıcısı uğrunda rəfə çıxış üçün ödədiyi yüksək ilkin ödənişlərlə deyil, məhsulunun keyfiyyəti, qiyməti və etibarlı təchizatı ilə rəqabət aparmalıdır. Bu məsələ ilə bağlı yerli istehsalçıların, iri və pərakəndə ticarət şəbəkələrinin, eləcə də aidiyyəti dövlət qurumlarının iştirakı ilə geniş ictimai dinləmə keçirilsin.

Xahiş edirəm ki, həmin ictimai dinləmə payız sessiyasında müvafiq komitənin iş planına daxil edilsin".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

End of content

No more pages to load

RADİO