Ət və meyvə-tərəvəz UCUZLAŞACAQ? – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan edib. Elə həmin gün, cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunub.

Dövlət Proqramının icrası hansı kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına səbəb ola bilər?

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Proqramda ölçüləbilən hədəf göstəricilərin elan edilməsi növbəti 5 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı göstərir.

Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin 2030-cu ilədək 4 dəfə artırılaraq 6 milyard dollara çatıdırılması hədəflənir:

“Bu Azərbaycanın qeyri neft-qaz ixracatında növbləti illərdə kəskin artımların olacağından xəbər verir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun artımı isə 2 faiz ətrafında hədəflənir.

Alt-hədəf indikatorlarında konkret məhsul növləri üzrə artım faizləri qeyd olunub. 2030-cu ilədək mal əti istehsalında ən azı 20, qoyun əti istehsalında 9, quş əti istehsalında isə 30 faiz artım hədəflənir. Bu hədəfə nail olunması ət idxalının azalmasına səbəb olmaqla yanaşı, ətin qiymətinin optimallaşdırılmasına və bəzi məhsullar üzrə azalmasına gətirib çıxara bilər.

İstixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatıdırlması kənd təsərrüfatı məhsullarının mövsümdən sonrakı dövr üçün saxlanmasına imkan verəcək. Bu mövsümdən sonrakı dövrdə qiymət artımlarının qarşısının alınması baxımdan vacib alətlərdəndir.

Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması da hədəflənir.

Bu da çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, idxalın azaldılması bu sahədə əsas prioritetlərdəndir.

Aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının artırılması, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişaf etdirilməsi və balıqçılıq və akvakultura sahələrinin inkişafı əsas məqsədləri olan dövlət Proqramının icrası Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər”, - deyə deputat əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

End of content

No more pages to load

RADİO