Davosda Gəncə ilə bağlı MÜHÜM SAZİŞ – AYİB-in krediti ilə hansı lahiyələr REALLAŞDIRILACAQ?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edir. Forum çərçivəsində ölkə başçısı bir çox mühüm görüşlər keçirib. Azərbaycan Prezidenti yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

Görüş zamanı AYİB-in prezidentə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib.

Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd edib.

Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb. Sonra imzalanma mərasimi olub.

Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.

Hansı işlər görüləcək?

Layihəyə əsasən Gəncə şəhərində 855 kilometr içməli, 813 kilometr tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. Həmçinin, Gəncə şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Samux rayonu ərazisində məhsuldarlığı sutkada 110 min kubmetr olacaq təmizləyici qurğunun inşası da layihəyə daxildir.

Yenidən qurulan Gəncə

Regionların davamlı inkişafı hər zaman olduğu kimi bu gün də Ölkə başçısının diqqət mərkəzindədir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq abadlıq işləri aparılır. Doğma ocaqlarından didərgin düşmüş insanların yenidən öz dədə-baba ocaqlarına ən qısa zamanda qayıtması üçün ölkə başçısının biləvasitə göstərişi ilə bölgədə iri miqyaslı layihələr icra olunur.

Bununla paralel, digər bölgələrin də inkişafı daim diqqət mərkəzində saxlanılır və Bakı ilə yanaşı həmin şəhərlərin də böyüyüb gözəlləşməsi üçün bütün zəruri tədbirlər görülür.

Məlumdur ki, Gəncə tarix boyu Azərbaycanın mənəvi mərkəzi olub. Məhz bu səbəbdən də Gəncənin inkişafı, tarixi abidələrinin, mədəni binaların mühafizəsi və bərpası hökumətimiz üçün prioritet olub.

Tək bir faktı deyək ki, son illərdə Gəncədə 180-dən artıq tarixi və mədəni abidə əsaslı şəkildə bərpa olunub. Yenidən qurulan Gəncə Qala Qapıları Kompleksi sözün həqiqi mənasında gözəl memarlıq nümunəsidir. Burada Gəncə əhalisinin tarixi məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binası kimi istifadə olunur.

Son zamanlar bərpa olunan tarixi və mədəni abidələr sırasına Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi muzeyi, Şah Abbas karvansarası, Xan bağı və digər nadir nümunələri daxildir.

Gəncə Üçüncü MDB Oyunlarına ev sahibliyi etməyə hazırlaşır

Böyüyüb inkişaf edən Gəncə həm də beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. Tək bir faktı deyək ki, bu ilin oktyabrında Gəncə mötəbər bir tədbirə ev sahibliyi edəcək. Söhbət Üçüncü MDB Oyunlarından gedir. Beləcə, yaxın aylarda Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq.

Bu məqsədlə Gəncədə yeni stadion inşa edilir. Sözügedən stadionun təməlqoyma mərasimi 2024-cü il aprelin 9-da keçirilib.

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.

Gəncə Olimpiya Kompleksi

Bir neçə ay bundan əvvəlsə Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksinin açılışı olub. Kompleksin tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri 2024-cü ilin martında tam başa çatdırılıb. Gəncə Olimpiya Kompleksinin yaradılan şərait baxımından ölkədə analoqu yoxdur. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Nəzərə alaq ki, 2015-ci ilin Avropa Oyunlarında Bakıya təqribən 5000-5500 iştirakçı gəlmişdi. Bu dəfə isə iştirakçıların sayı daha çoxdur.

Ona görə də Gəncə şəhərində 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün böyük layihələr icra olunur. Təbii ki, bu layihələr son nəticədə yerli əhalinin məşğulluğuna, onların asudə vaxtlarının səmərəli keçirilməsinə hesablanıb. Bu mənada Davosda imzalanan son saziş gəncəlilər üçün mühüm yeniliklərə səbəb olacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO