“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.
“APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycanın xarici və yerli valyutada suveren kredit reytinqi “BB” səviyyəsindədir. Reytinq üzrə proqnoz “neqativ”dən “stabil”ə yüksəldilib.
Məlumatda o da qeyd olunub ki, növbəti dörd il ərzində Azərbaycanda iqtisadi inkişaf göstəricisinin 3,3% artacağını proqnozlaşdırır.