Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb - FOTO

KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, bununla bağlı AZTU-da yaradılmış KOB Model Müəssisəsinin, Mühəndis Emalatxanasının və “AzTU Texnoparkı - Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev KOB Model Müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.

KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq.

Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisənin təlim-tədris audutoriyalarında həmçinin sahibkarlıqla bağlı ilkin biliklər veriləcək.

KOB Model Müəssisənin universitet-sahibarkalıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası ilə də tanışlıq olub.

Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və Milli Aviasiya Akademiyası ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur.

Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorant tələbələrdir.
Bildirilib ki, “AzTU texnoparkı – Bilişim Vadisi Bakı” şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

End of content

No more pages to load

RADİO