Azərbaycanla Dünya Bankı arasında əlaqələr müzakirə edilib - FOTO

6 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər veror ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmiz üçün əhəmiyyət kəsb edən bir sıra, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, infrastruktur kimi istiqamətlər üzrə uğurla icra olunan, habelə davam etdirilən layihələrin əməkdaşlığın inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.

Dünya Bankı çərçivəsində əməkdaşlığın öz növbəsində ölkəmizin digər regional və beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrini genişləndirməsinə təkan verdiyi diqqətə çatdırılıb.

COP29-a sədrliyimiz çərçivəsində aparılan substantiv danışıqlar prosesi, habelə 29-cu sessiyaya hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin əsasən qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə maliyyə resursları və investisiyaların cəlbinə vurğu etdiyini söyləyib.

Bu istiqamətdə dövlətlərlə yanaşı, beynəlxalq maliyyə institutlarının prosesə mümkün töhfəsinin müəyyən edilməsi istiqamətində təmasların aparılması baxımından Dünya Bankının mühüm platforma rolu oynaya biləcəyi qeyd olunub.

Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, görülən işlərin eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin alternativ enerji potensialından səmərəli istifadəyə yönəldiyini, bu istiqamətdə müvafiq layihələrə artıq bir sıra xarici tərəfdaşların cəlb olunduğunu diqqətə çatdırıb.

Müqabil tərəf Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edərək, ölkəmizin uğurlu sədrlik təcrübəsi nümayiş etdirəcəyinə, habelə sədrlik prioritetlərinə müvafiq olaraq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndiriləcəyinə dair inam ifadə edib.

Xüsusilə, COP29 çərçivəsində müəyyənləşəcək qlobal öhdəliklərin öz praktiki icrasını tapması istiqamətində addımlar atılmasının vacibliyi qeyd olunub, Dünya Bankının bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə hazır olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

End of content

No more pages to load

RADİO