Qırmızı dənizdəki xaosun dünyada yaratdığı BÖHRAN – “Neft bahalaşır, ərzaq qiymətləri isə...”

Bir neçə gün əvvəl BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Oleq Kobyakov TASS agentliyinə müsahibəsində, Husi hərəkatı tərəfindən Bab əl-Məndəb boğazı və Qırmızı dənizin blokadaya alınması nəticəsində yaranan böhranın qlobal ərzaq ticarətinə mənfi təsir etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu da ərzaq qiymətlərinin artmasına səbəb olur. O.Koblyakov bu marşrutla hərəkət edən gəmilərin yükdaşıma qiymətinin təxminən 4 dəfə artdığını vurğulayıb. Onun dediyinə görə, yük sahibləri Asiyadan Avropaya yükləri "Ümid" burnu ətrafından keçməklə yollayırlar. Onun dediyinə görə. bu marşrut 8 min km-dir və bu da Qırmızı dənizlə müqayisədə 10-14 gün daha uzun məsafədir.

FAO-nun baş iqtisadçısı Maximo Torero da müxtəlif dəniz ərazilərində vəziyyətin yaratdığı risklərdən narahat olduqlarını diqqətə çatdırıb və qlobal ticarət yollarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Ağ Evdəkilər də narahatdırlar

Dünən ABŞ dövlət katibi Antoni Blinken də bu problemin dünya bazarlarında ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olacağını bildirib. 

A.Blinken, Vaşinqtonda Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə görüşü zamanı bu hadisənin dünyada gəmiçiliyə drammatik təsir göstərdiyini söyləyib və bunun bir çox insanlar üçün ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb olacağını qeyd edib.

Bəs, Qırmızı dənizdə baş verənlər enerji və ərzaq qiymətlərinə necə təsir edib?

Bizim.Media-nı mövzu ilə bağlı suallarını cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov, Qırmızı dənizdə baş verənlərin neftin real bazar qiymətlərinə təsir etdiyini vurğulayıb:

“Son vaxtlar qiymətlərdə ciddi artımlar müşahidə olunsa da, bu, hələlik qlobal ərzaq böhranına, eləcə də ərzaq və qeyri-ərzaq məhsullarının kəskin bahalaşmasına səbəb olmayacaq. Ona görə ki, qiymətlər hələ də o səviyyətə çatmayıb. Hazırda “Brent” markalı neftin orta dəyəri 84 dollardır. Əgər növbəti dövrlərdə neft kəskin bahalaşarsa, bu, ərzaq və qeyri-ərzaq məhsullarına da təsir edəcək. Son tendensiya isə göstərir ki, neft istehsalçısı və ixracatçısı olan ölkələr optimal qiymətin formalaşmasına çalışırlar. Bu da hələlik dünya bazarı üçün xüsusi təhdid yaratmır”.

Baş verənlərdən sonra alternativ dəhlizlərə maraq getdikcə artır

Müsahibimiz, Qırmızı dənizdə baş verənlərdən sonra alternativ dəhlizlərə marağın getdikcə artdığını diqqətə çatdırıb. Bunlarda birinin də Orta dəhliz olduğunu söyləyən deputatın dediyinə görə, yaxın vaxtlarda buradan daşınan yüklərin həcmində artımın olacağı proqnozlaşdırır:

“Artıq bu hal açıq şəkildə müşahidə olunmaqdadır və son iki il ərzində daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artıb. Bu da Azərbaycan üzərindən daşınan yüklərə təsir edib və illik daşıma həcmin 30 faiz artmasına səbəb olub”. 

Bəs Yaxın Şərqdə baş verənlərin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

Onun sözlərinə görə, son hadisələrin Azərbaycan iqtisadiyyatına elə də ciddi təsirləri yoxdur: 

“Ona görə ki, “Azeri-Light” neftinin dünya bazarındakı qiyməti məqbul səviyyədədir. Bu da dövlət gəlirlərimizdə, eləcə də büdcə daxilolmalarında artımlara imkan verir”. 

V.Bayramov, hələlik qlobal ərzaq böhranının gözlənilmədiyini də diqqətə çatdırıb: 

“Mövcud qiymətlər və alternativ daşımalar həm praktiki olaraq ərzaq məhsullarının qlobal bazara çıxarılmasını təmin edir, həm də  həmin məhsuların maya dəyərinin artımına səbəb olmur”. 

Təhlükə ilə dolu Qırmızı dəniz, yoxsa təhlükəsiz Orta Dəhliz?

Qeyd edək ki, Qırmızı dənizdə baş verənlərdən sonra Qırmızı dənizdə logistika xidmətləri göstərən şirkətlərində alternativ nəqliyyat dəhlizlərinə maraq yaranıb. Bu dəhlizlərdən biri Ümid burnudur ki, buradan keçən yüklərin Avropaya çatdırılma müddəti ən yaxşı halda 20 gün, daşımaların xərci isə ən azı 70% artır. Bu yoldan istifadə isə əlavə problemlərə, xüsusilə də gəmi və konteyner çatışmamazlığına səbəb olur. 

Bu problemlərlə də üzləşmək üçün ən optimal variant Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) və Azərbaycanın yükdaşıma potensialıdır. 

Beynəlxalq müşahidəçilər də bu xətti nəzərdə tutaraq, bildirirlər ki, logistika şirkətləri yuxarıda göstərilən problemlərlə üzləşməmək üçün Orta Dəhliz üzərində düşünməyə başlayıblar. Bu da onunla bağlıdır ki, bu marşrutun həm təhlükəsizlik təminatı yüksəkdir, həm daşınma müddəti xeyli azdır. Bunlar isə logistika xərclərini artıran əsas faktorlardır.   

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

End of content

No more pages to load

RADİO