Mərkəzi Bank kredit portfeli üzrə dollarlaşma səviyyələrini AÇIQLADI 

Azərbaycanda 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında bankların kredit portfelinin dollarlaşması 0,2 faiz bəndi azalaraq 19,9 faiz təşkil edib. 

Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Mərkəzi Bankın məlumatına görə, azalmaya əsasən istehlak kreditləri təsir edib. Belə ki, ilin birinci yarısında istehlak kreditləri üzrə dollarlaşma səviyyəsi 0,7 faiz bəndi azalaraq 5,5 faiz təşkil edib. 

Həmçinin, ipoteka kreditlərinin dollarlaşması 0,1 faiz bəndi azalaraq 0,2 faiz təşkil edib. Yarımil ərzində biznes portfeli üzrə dollarlaşma isə 0,5 faiz bəndi artaraq 33,4 faizə çatıb. 

Mərkəzi Bankdan verilən məlumata görə, 2023-cü ilin birinci yarısında bank sisteminin depozit porfelinin dollarlaşması 5,4 faiz bəndi azalaraq 41,7 faiz, kredit portfelinin dollarlaşma səviyyəsi isə 0,2 faiz bəndi azalaraq 19,9 faiz olub. 

"Depozit portfeli üzrə de-dollarlaşmanın əsas drayveri hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitlərinin azalması olmuşdur. Son 6 ay ərzində hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 31 milyard manat azalıb ki, bu da hüquqi şəxslər üzrə depozit portfelinin dollarlaşmasının 6,3 faiz bəndi azalaraq 44,6 faizə enməsinə səbəb olub. Hüquqi şəxslərin müddətli depozitləri üzrə də uzunmüddətli de-dollarlaşma trendi davam etmişdir. Ötən ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi 2,4 faiz bəndi azalaraq 67,7 faiz olub", - Bankın məlumatında deyilir. 

Fiziki şəxslərin depozitləri üzrə dollarlaşmanın azalması 2023-cü ilin birinci yarısında da davam edib. Bu ilin birinci yarısında ümumilikdə fiziki şəxslərin cəmi depozitlərinin dollarlaşması 2,7 faiz bəndi azalaraq 37,1 faiz təşkil edib. 

"Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir.

Belə ki, müddətli depozitlərin dollarlaşması 2023-ci ilin ilk yarısında 2,1 faiz bəndi azalaraq 36,9 faiz olub. Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin xarici valyutada tələbli depozitləri üzrə də dollarlaşmanın azalması müşahidə edilib. Belə ki, fiziki şəxslərin tələbli depozitləri üzrə dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 37,4% faiz olub",- deyə Mərkəzi Bankdan bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

End of content

No more pages to load

RADİO