Fermerlərin kreditlərə əlçatanlığı niyə təmin olunmur? – ARAŞDIRMA 

Mərkəzi Bankın sədri Taleh Kazımov iki gün əvvəl kənd təsərrüfatı kreditlərinə dair yeni qaydaların hazırlandığını və bununla bağlı hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə aktiv müzakirələr getdiyini bildirib. Həmçinin girov tələblərinə yenidən baxıldığını qeyd və balanslaşdırılmış şəkildə riskləri nəzərə alaraq, yumşaldıcı addımlar atacaqlarını söyləyib.

Qeyd edək ki, KTN-nin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) də fermerlərə müəyyən faizlərlə kreditlər ayırır. Amma son dövrlər mediada və cəmiyyətdə belə fikirlər səsləndirilir ki, fermerlərin böyük əksəriyyətinin bu kreditlərə əlatçanlılığı tam təmin olunmur. 
 

MÖVZU İLƏ BAĞLI:

Əkin sahələri quraqlığa görə niyə sığorta olunmur? – AÇIQLAMA


AMB sədrinin dediyi kimi, yeni qaydalar təsdiq olunarsa, bütün sahibkarların bu kreditlərdən istifadəsi mümkün olacaqmı? Bu müzakirələr problemin həllinə nə dərəcədə təkan verəcək? 

AMB sədri bir neçə gün əvvəl bu istiqamətdə yeni qaydaların hazırlandığını bildirdi. Həmin qaydalar və nədən ibarətdir? Bu müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi üçün əsas prioritet istiqamətlər nə olacaq?

Mövzunun aktualığını nəzərə alaraq, yuxarıda əks olunan suallarla Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. 

Qurumdan Bizim.Media-nın sorğusuna verilən cavabda isə qısa şəkildə pul-kredit siyasətinin Mərkəzi Bank tərəfindən həyata keçirildiyi bildirildi və yeni qaydalar təsdiqlənəcəyi təqdirdə əlavə məlumatın AMB tərəfindən veriləcəyi qeyd edildi. 

İqtisadçı-ekspert Akif Nəsirli isə bildirib ki, AKİA, o cümlədən Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Fondu aqrar sahədə fəaliyyət göstərən sahibkarlara kreditlər ayırsa da, hamının bundan istifadə etmək şansı yoxdur. 

Müsahibimiz fikrini belə əsaslandırıb ki, həmin qurumlar kredit vermək üçün etibarlı girov istəyirlər:

“Etibarlı girov dedikdə, ilk növbədə, Bakı şəhərində mənzil və ya digər daşınmaz əmlak nəzərdə tutulur. Əgər fermerin bu əmlakları varsa və onları girov qoya bilirsə, o zaman kredit almaq şansı yaranır. Bu gün mürəkkəb formatlı kredit siyasəti həyata keçirilir, yəni kredit almaq baha başa gəlir, yəni qurumlar kredit faizlərinin 6-7 faiz olduğunu söyləyirlər, ancaq fərqli yollarla bu 10-15 faizə çatır”.

Onun sözlərinə görə, bu səbəblərə görə sahibkarlar lazım olan vəsaiti digər banklardan 15-18 faizlə kommersiya krediti kimi əldə edirlər və hər hansı bir ehtiyaclarını bununla ödəyirlər: 

“Bunu həm Kənd Təsərrüfatı Nazirliyində, həm də Mərkəzi Bankda çox yaxşı bilirlər. Bir sözlə, bu məsələ fermerlər və sahibkarlar üçün çox ciddi problemə çevrilib, çünki aqrar sahənin inkişafına ciddi şəkildə mane olur. Mərkəzi Bank isə hələ indi bu istiqamətdə addımlar atmaq fikrinə düşüb. Əslində isə bu addımı KTN atmalı və fermerlərin kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün təşəbbüslər irəli sürməlidir”. 

Mərkəzi Bankın bu məsələnin həlli üçün hansı qaydalar hazırlayacağı ilə bağlı elə də geniş məlumatı olmadığını söyləyən eksert hesab edir ki, ilk növbədə girov məsələsi yumşaldılmalıdır:

“Etibarlı girov tələbi aradan qaldırılmalı və bunu rayonlarda fəaliyyət göstərən fermerlərdən tələb etmək məsələsi qoyulmalıdır. Əslində, kənd təsərrüfatı ilə məşğul olan əhalinin əkib-becərdiyi torpaq sahəsi girov kimi götürülə bilər. Belə ki, fermer bu torpağı girov kimi göstərərək istədiyi məbləğdə kredit əldə edə bilər. Gələcəkdə bank da həmin torpaqlar hesabına özünün fermer təsərrüfatını yarada, yaxud da sata bilər. Kreditin faiz dərəcəsi də aşağı salınmalı və maksimum 5 faiz həddində olmalıdır. Faiz dərəcələri nə qədər aşağı olarsa, bir o qədər də aqrar sahənin inkişafına nail ola bilərik”. 

Dünya təcrübəsindən sitat gətirən A.Nəsirli əlavə edib ki, bir çox ölkələrdə fermerlərə 3 faizlə kredit verilir: 

“İsveçrə, Kanada, İsrail kimi ölkələrdə isə mənfi faizlə verilir. Belə ki, bir sahibkara 1000 dollarlıq kredit ayrılırsa, 2 faiz də əlavə verirlər. Yəni, kreditin məbləği 1000 dollardırsa, 2 faiz üstünə gələndə, bu, təxminən 1020 dollar edir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO