Zəngilanda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupu TOPLANIB - FOTO

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib.

Bildirilib ki, bu ərazilərdə məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi əsas vəzifələr sırasındadır. 
Tədbirdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər güzəştlər barədə məlumat verilib. 

Stimullaşdırıcı alətlərin və güzəştlərin Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcəyi vurğulanıb. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev aparılan bərpa və quruculuq işləri barədə məlumat verib, bu ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin edilməsində dövlət və özəl müəssisələr tərəfindən xüsusi yanaşmanı tətbiq etməklə, özəl-dövlət tərəfdaşlığının vacibliyini qeyd edib. 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, İşçi qrupun üzvü Şaiq Adıgözəlov işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin olunması ilə bağlı fikirlərini bölüşüb. İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən bu sahədə görülmüş işlər barədə məlumat veriblər. İclasda təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən müzakirə edilib. 

İqtisadi məsələlər üzrə İşçi Qrupunun üzvləri Ağalı kəndində həyata keçirilən layihələrlə tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

End of content

No more pages to load

RADİO