UEFA Almaniyanın "Frayburq" komandasını cərimələyib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Məlumata görə, buna Bundesliqa təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la ev və II turda Yunanıstan "Olimpiakos"u ilə səfər oyunlarındakı davranışları səbəb olub.
Nəticədə klub ilk matçdakı olaylar səbəbindən 7 000 avro, ikinci görüşdəki insidentə görə isə 11 000 avro məbləğində cərimə ödəyəcək.
Bizim.Media