Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Bir "yəhudinin" hicab davası, yaxud "yalançı peyğəmbərin" özünüifşası...

Əsl adı Kazım Abbasov olan, lakin özünü yəhudi "David Seliverstov" kimi təqdim edən şəxs məktəblərdə vahid geyim formasının tətbiqindən sonra gündəmə gələn "hicab qadağası" müzakirələrinə baş qoşub və belə demək mümkünsə, "hicaba azadlıq" tipli çağırışlar edib.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, David Seliverstov (saxta adı ilə çağıraq) sosial platformalarda bəyan edib ki, "hüquq müdafiəçisi kimi hicablı şagirdlərin məktəbə buraxılmasına qarşıdır" və bunu uzun-uzadı hüquqi əsaslarla izah etməyə çalışıb.

Əsasən də Konstitusiyaya əsalanıb. Halbuki, məhz Konstitusiyanın dünyəvilik prinsipini qorumaq və dövlətin təhsil sisteminə nəzarəti ilə bağlı tələbləri Kazımın, yaxud saxta adı ilə desək, Davidin iddialarını çürüdür. Elə buradan da onun hüquqşünaslığının nə qədər yalançı olduğu bir daha ortaya çıxır.

Bu şəxsin indi niyə belə mövqe sərgilədiyini anlamaq üçün əvvəlcə onun gerçək kimliyinə nəzər yetirmək lazımdır.
 

Kazım Elşən oğlu Abbasov: müxtəlif cinayətlərə görə dəfələrlə həbsdə olmuş bu şəxs Hollivud filmlərinə mövzu olacaq qədər fırıldaqçılıq edib. O, saxta yolla vəsiqə düzəldərək, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib və insanları müxtəlif vədlərlə aldadıb, eyni zamanda, təzyiq və şantaj əməlləri törədib.


2011-ci ildə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək (Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri) ittihamı ilə 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Daha sonra Kazım Abbasov haqqında Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi açılıb, məhkəmənin hökmü ilə 2 il müddətində azadlıqdan məhrum edilib, 3500 manat cərimə olunub.

2014-cü ildə isə bu şəxs külli miqdarda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Uzunmüddətli fırıldaqçılıq və həbs həyatından sonra Kazım Abbasov "əsrin fırıldağı" hesab olunacaq saxtakarlığa əl atıb. Özünü "David Seliverstov" adlı yəhudi adlandırıb və "Magen David: Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti" adlı təşkilat yaradıb. Azərbaycanda rəsmi olaraq, David Seliverstov adlı şəxs yoxdur. Amma o, bu ad altında efirlərə çıxıb, tədbirlər təşkil edib, İsraildən qonaqlar dəvət edib, hətta, deputatlarla da işbirliyi həyata keçirib.

Bəs bunu necə edib? Bu, artıq sözün gerçək mənasında "fırıldaqçılığın zirvəsi" hesab oluna bilər.

Təsəvvür edin ki, Kazım Abbasov kimi (gerçək adı) insanları aldadır, dələduzluq edir, bu yolla qazandığı pulları David Seliverstov kimi leqallaşdırmağa çalışır.

O, hətta Milli Məclisin deputatı Anatoliy Rafailovu belə aldada, onun vasitəsilə əlaqələr qurmağa və onun adından istifadə edərək, cinayətlər törədə bilib. Və bütün bunları edərkən, özünü "yəhudi David Seliverstov" kimi təqdim edib.

Məlumatlara görə, David Seliverstov "Magen David Azərbaycan"ın tərkibində "Magen David International Center for Women" adlı təşkilat yaradaraq, xanımları da öz əməllərinin alətinə çevirib.

Onun əməlləri mediada ifşa edildikdən sonra ölkədən qaçdı və qaçarkən, "Azərbaycana investisiya cəlb etmək üçün İsrailə səfər etdim" deməklə yenı fırıldağa əl atıb. Halbuki, Gürcüstana qaçaraq, oradakı kazinolarda gəzdiyini əks etdirən məlumatlar və görüntülər var.
 

İndi bu fırıldaqçının "hicaba dəstəyi" absurd və ironik göründüyü kimi, səbəbsiz də deyil. İndi də David Seliverstov növbəti fırıldaq aktına hazırlaşır. O, Avropa ölkələrinin birinə getmək və sığınacaq almaq məqsədilə, Azərbaycanda "hicab qadağası" adı altında törədilən iğtişaşları dəstəkləyir, özünü "xalqın yanında" olan şəxs kimi göstərir.


Avropaya üz tutanda sosial şəbəkələrdəki paylaşımlarını göstərərək, iddia edəcək ki, "Azərbaycanda aksiyaları dəstəklədiyi üçün təzyiqlərə məruz qalıb, geri qayıtsa, həyatı təhlükədə olacaq, buna görə siyasi sığınacaq verilməlidir".

Bütün Azərbaycanı aldadan, hətta, yəhudilərə belə kələk gələn David Seliverstovun növbəti hədəfi Avropadır. Görünür ki, törətdiyi dələduzluq əməllərinə görə Azərbaycana qayıda bilməyən Kazım Abbasov Avropaya sığınaraq, "David Seliverstov macəralarını" davam etdirmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda İsrailə casusluq edən şəxs edam edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Lavrov Azərbaycana GƏLİR

Lavrov Azərbaycana GƏLİR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Kartdan karta ödənişlərdə tutulmalar BELƏ OLACAQ

Kartdan karta ödənişlərdə tutulmalar BELƏ OLACAQ

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Qarabağa köçənlərə ŞAD XƏBƏR: Daimi iş yerləri artırılacaq

Qarabağa köçənlərə ŞAD XƏBƏR: Daimi iş yerləri artırılacaq

End of content

No more pages to load

RADİO