Türkiyənin İstanbul şəhərində güclü leysan yağıb. Nəticədə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Bizim.Media xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı kadrlarda güclü su axınının yolda qalan avtomobilləri və piyadaları çətin vəziyyətdə qoyduğu əks olunub.
Xüsusilə sosial şəbəkələrdə və xəbər portallarında yayılan görüntülərdə güclü su axıntısının hərəkət hissəsində aparmaq istədiyi bir qadının xilas edildiyi anlar böyük rezonans doğurub.
Meteoroloqlar yaxın 24 saat ərzində bölgədə güclü yağışların davam edəcəyini və yeni daşqın təhlükəsinin qalığını bildirərək sakinləri və sürücüləri diqqətli olmağa çağırıblar.
Bizim.Media